12px13px15px17px
Tarix:09/04/14

Dünya Startup Yarışmasının Bakıda final mərhələsi keçiriləcək

Bu ayın 18-də Azərbaycanda reallaşdırılan Dünya Startup Yarışmasının Bakıda final mərhələsi keçiriləcək. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbir “Azercell”, “Barama” İnnovasiya Mərkəzi, “Seedstars” və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Finalda yarışmada iştirak edən layihə rəhbərləri qismində və izləyici olaraq iştirak etmək mümkündür.
 
Tədbirdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər. İzləyici olaraq qeydiyyatdan keçmək üçün bu linkdəki formanı doldurmaq lazımdır – “http://goo.gl/Jww4sn”. İştirak ödənişsizdir.
 
SEYMUR



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024