Tarix:09/04/14
Cəmiyyətdən verilən məlumata görə, portalın yaradılmasında məqsəd tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır. Bu isə həmin əşyaların uzun müddət insanlara xidmət etməsinə, eləcə də onların tullantıya çevrilməməsinə səbəb olur. Belə ki, sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi, lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə, həmin əşya barədə məlumatı sayta əlavə edə bilir, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır. Beləliklə, istifadəçilər həm ətraf mühitin qayğısına qalmış, həm də digər insanlara kömək etmiş olurlar.
Nəticədə birinin tullantı kimi dəyərləndirdiyi, digərlərinin ehtiyaclarını qarşılaya bilən əşyalar bu resursun köməyi ilə öz yeni sahiblərini tapmış və ikinci həyat qazanmış olurlar. Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir.
Resursun "Facebook", "Twitter" və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.
Saytda həmçinin tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılıb.
CAHANGİR
Tullantıların idarəedilməsi və ətraf mühitin mühafizəsinə dair yeni sayt yaradılıb
"Təmiz Şəhər" ASC tullantıların azaldılmasına yönəldilmiş yeni "www.tullantim.az" portalını istifadəyə verib.Cəmiyyətdən verilən məlumata görə, portalın yaradılmasında məqsəd tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır. Bu isə həmin əşyaların uzun müddət insanlara xidmət etməsinə, eləcə də onların tullantıya çevrilməməsinə səbəb olur. Belə ki, sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi, lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə, həmin əşya barədə məlumatı sayta əlavə edə bilir, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır. Beləliklə, istifadəçilər həm ətraf mühitin qayğısına qalmış, həm də digər insanlara kömək etmiş olurlar.
Nəticədə birinin tullantı kimi dəyərləndirdiyi, digərlərinin ehtiyaclarını qarşılaya bilən əşyalar bu resursun köməyi ilə öz yeni sahiblərini tapmış və ikinci həyat qazanmış olurlar. Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir.
Resursun "Facebook", "Twitter" və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.
Saytda həmçinin tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılıb.
CAHANGİR
Baxış sayı: 746
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib