Tarix:09/04/14
“Microsoft” ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir. Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətin bir hissəsidir.
“Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsullar çatdırmağa bir köməkdir. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu.
Bu gün sözügedən rəqəm artıq 4000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkəni təmsil edir.
Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olunduqlarına da bələddirlər. “Microsoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul istehsalı üzrə komandasına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrini vermələri üçün şərait yaradır.
Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məlumat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.
Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, “Əhməd Yasəvi” Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. “Technet.az” layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, “MCT (“Microsoft Certified Trainer”)”, “MCSE (“Microsoft Certified System Engineer”)” və “VCP (“VMware Certified Professional”)” sertifikatlarına layiq görülüb.
Azərbaycanlı İT mütəxəssisi “Microsoft”un yüksək mükafatına layiq görülüb
“Microsoft” korporasiyası azərbaycanlı İT mütəxəssisi Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxəssisi (“Most Valuable Proffesional” – MVP) adına layiq görüb.“Microsoft” ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir. Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətin bir hissəsidir.
“Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsullar çatdırmağa bir köməkdir. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu.
Bu gün sözügedən rəqəm artıq 4000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkəni təmsil edir.
Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olunduqlarına da bələddirlər. “Microsoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul istehsalı üzrə komandasına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrini vermələri üçün şərait yaradır.
Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məlumat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.
Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, “Əhməd Yasəvi” Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. “Technet.az” layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, “MCT (“Microsoft Certified Trainer”)”, “MCSE (“Microsoft Certified System Engineer”)” və “VCP (“VMware Certified Professional”)” sertifikatlarına layiq görülüb.
Baxış sayı: 895
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır