Tarix:09/04/14
Hal-hazırda yayımın tam bərpa olunması istiqamətində işlər aparılır.
Aparılan texniki sazlama işləri tam bitdikdən sonra "Ailə TV" rəqəmsal abunəçiləri ilkin olaraq, 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal əlavə 15 Full HD və 4 yeni "Ailə TV" Kinozal kanalı izləmək imkanı əldə edəcəklər. Əlavə olaraq "Ailə TV" analoq rejimdə də yayımın keyfiyyəti ikiqat yüksəldiləcək.
"Caspian Telecom"un Mətbuat xidmətindən verilən məlumata görə, abunəçilərin məmnunluğu üçün görülən bütün texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra, "Ailə TV" abunəçilərinə kompensasiya və bonuslar təqdim olunacaq:
"Aparılan bütün işlər başa çatdıqdan sonra "Ailə TV" abunəçiləri Azərbaycanda analoqu olmayan xidmət və yüksək keyfiyyətli kontent əldə edəcəklər. "Ailə TV" Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbirlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyirik və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışırıq".
Həqiqət İSABALAYEVA
Yerli kabel televiziyası abunəçilərinə kompensasiya və bonuslar təqdim edəcək
"Ailə TV" kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım dünən axşam saatlarından qismən bərpa olunub.Hal-hazırda yayımın tam bərpa olunması istiqamətində işlər aparılır.
Aparılan texniki sazlama işləri tam bitdikdən sonra "Ailə TV" rəqəmsal abunəçiləri ilkin olaraq, 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal əlavə 15 Full HD və 4 yeni "Ailə TV" Kinozal kanalı izləmək imkanı əldə edəcəklər. Əlavə olaraq "Ailə TV" analoq rejimdə də yayımın keyfiyyəti ikiqat yüksəldiləcək.
"Caspian Telecom"un Mətbuat xidmətindən verilən məlumata görə, abunəçilərin məmnunluğu üçün görülən bütün texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra, "Ailə TV" abunəçilərinə kompensasiya və bonuslar təqdim olunacaq:
"Aparılan bütün işlər başa çatdıqdan sonra "Ailə TV" abunəçiləri Azərbaycanda analoqu olmayan xidmət və yüksək keyfiyyətli kontent əldə edəcəklər. "Ailə TV" Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbirlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyirik və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışırıq".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır