12px13px15px17px
Tarix:09/04/14

“Instagram”da kosmosda çəkilmiş ilk foto dərc olunub

“Instagram” xidmətində Beynəlxalq Kosmik Stansiyanın profilində astronavt Stiven Svenson şelfi yerləşdirib. “Gizmodo” saytı yazır ki, bu şəkil xidmətin tarixində kosmosda çəkilmiş ilk fotodur.
 
"Beynəlxalq Kosmik Stansiyaya qayıtdım, həyat çox gözəldir – kosmik kompleksin modulunda yer alan Svenson belə deyib.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiya astronavtının selfisi Yer kürəsindən kənarda çəkilmiş birinci foto deyil. Ötən Milad bayramında NASA-nın 32-ci ekspedisiyasının bort mühəndisi Mayk Hopkins Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxaraq selfi janrında foto çəkib.
 
Emil Hüseynov



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024