Tarix:09/04/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, son zamanlar Azərbaycanda bir neçə müsabiqə informasiya təhlükəsizliyi mövzusuna həsr olunub.
“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyi tədbirlərinin görülməsi və kibertəhlükəsizliyin təmin edilməsi məsələsi aktuallaşır. Bununla yanaşı, bu cür müsabiqələrin keçirilməsi bu sahə üzrə mütəxəssislərin hazırlanmasına, onların biliklərinin sınanmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanda bu sahədə kadrlara ehtiyac var”,- deyə o bildirib.
Müsabiqənin təşkilatçısı olan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev qeyd edib ki, müsabiqədə iştirak üçün 145 nəfərdən ibarət 95 komanda qeydiyyatdan keçib.
“Martın 28-dən aprelin 4-dək davam edən yarışın nəticəsində 31 fəal komanda müəyyən edilib və bu komandalar tərəfindən 242 hesabat göndərilib, onlardan 134-ü səhv olub, 104-ü isə düz. İştirakçı komandalar arasında cəmi 3 komanda təqdim edilən 8 suala tam cavab verib”, - deyə o bildirib.
Sonda qeyd olunub ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə rəsmi dəstək verib. Yarışın sponsoru “R.I.S.K” şirkəti, texniki dəstək göstərən “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin təşkilatçısı “İlk addımlar” onlayn tədris portalı olub.
Aynur Vəliyeva
Bakıda “Capture the flag” yarışının qalibləri mükafatlandırılıb
Bu gün Bakıda “Capture the flag” (CTF - Bayrağı tutmaq) yarışının qaliblərinin mükafatlandırma mərasimi baş tutub.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, son zamanlar Azərbaycanda bir neçə müsabiqə informasiya təhlükəsizliyi mövzusuna həsr olunub.
“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyi tədbirlərinin görülməsi və kibertəhlükəsizliyin təmin edilməsi məsələsi aktuallaşır. Bununla yanaşı, bu cür müsabiqələrin keçirilməsi bu sahə üzrə mütəxəssislərin hazırlanmasına, onların biliklərinin sınanmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanda bu sahədə kadrlara ehtiyac var”,- deyə o bildirib.
Müsabiqənin təşkilatçısı olan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev qeyd edib ki, müsabiqədə iştirak üçün 145 nəfərdən ibarət 95 komanda qeydiyyatdan keçib.
“Martın 28-dən aprelin 4-dək davam edən yarışın nəticəsində 31 fəal komanda müəyyən edilib və bu komandalar tərəfindən 242 hesabat göndərilib, onlardan 134-ü səhv olub, 104-ü isə düz. İştirakçı komandalar arasında cəmi 3 komanda təqdim edilən 8 suala tam cavab verib”, - deyə o bildirib.
Sonda qeyd olunub ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə rəsmi dəstək verib. Yarışın sponsoru “R.I.S.K” şirkəti, texniki dəstək göstərən “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin təşkilatçısı “İlk addımlar” onlayn tədris portalı olub.
Aynur Vəliyeva
Baxış sayı: 972
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır