Tarix:09/04/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, 2013-cü ilin dekabrın birindən nömrənin daşınması ilə bağlı cəmi 261 min ərizə qəbul edilib, lakin onların 132 mindən az hissəsinin sifarişi yerinə yetirilib.
Bir çox hallarda operatorlar abunə haqda məlumatlar onların məlumat bazasındakı məlumatlarla uyğun gəlmədiyinə görə bu müraciətləri yerinə yetirməkdən imtina edirlər.
“Tele2” şirkətinin nümayəndəsi Konstantin Prokşin, rədd cavablarının 99% məlumatların düzgün göstərilmədiyi ilə bağlı olduğunu təsdiqləyib. Xidməti göstərilməməsi, həmçinin nömrə istifadəçiyə məxsus olmadığı, abunəçinin operatora olan borcu ödənilmədiyi halda da bir şəbəkədən digərinə köçürülə bilməz. Hazırda Rusiyada xidmət “əl rejimi”ndə işləyir, bu da bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxarır. Gələcəkdə xidmətin tam avtomatlaşdırılması və vahid mexanizm kimi işləməsi təmin ediləcək.
Rusiyada xidmət göstərilməyə başlanandan operatorlar mütləq ərizələri qəbul etməlidilər, lakin xidmətin hansı müddət ərzində yerinə yetirilməsi onlardan asılı idi.
Bu həftə keçid dövrü başa çatıb və artıq bütün operatorlar fiziki və hüquqi şəxslərin nömrələrini səkkiz gün ərzində istədikləri şəbəkəyə köçürməlidirlər. Bu müddət ərzində xidmət göstərilmədiyi halda operator abunəçiyə bu xidməti pulsuz şəkildə göstərməlidir.
Aynur Vəliyeva
Rusiyada nömrə daşıma xidmətindən istifadə etmək istəyənlərin yarısı bunu edə bilməyib
Rusiya mobil rabitə operatorlarının nömrə daşıma xidmətindən istifadə etmək istəyənlərin yalnız yarısı bu xidmətdən uğurla yararlana biliblər.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, 2013-cü ilin dekabrın birindən nömrənin daşınması ilə bağlı cəmi 261 min ərizə qəbul edilib, lakin onların 132 mindən az hissəsinin sifarişi yerinə yetirilib.
Bir çox hallarda operatorlar abunə haqda məlumatlar onların məlumat bazasındakı məlumatlarla uyğun gəlmədiyinə görə bu müraciətləri yerinə yetirməkdən imtina edirlər.
“Tele2” şirkətinin nümayəndəsi Konstantin Prokşin, rədd cavablarının 99% məlumatların düzgün göstərilmədiyi ilə bağlı olduğunu təsdiqləyib. Xidməti göstərilməməsi, həmçinin nömrə istifadəçiyə məxsus olmadığı, abunəçinin operatora olan borcu ödənilmədiyi halda da bir şəbəkədən digərinə köçürülə bilməz. Hazırda Rusiyada xidmət “əl rejimi”ndə işləyir, bu da bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxarır. Gələcəkdə xidmətin tam avtomatlaşdırılması və vahid mexanizm kimi işləməsi təmin ediləcək.
Rusiyada xidmət göstərilməyə başlanandan operatorlar mütləq ərizələri qəbul etməlidilər, lakin xidmətin hansı müddət ərzində yerinə yetirilməsi onlardan asılı idi.
Bu həftə keçid dövrü başa çatıb və artıq bütün operatorlar fiziki və hüquqi şəxslərin nömrələrini səkkiz gün ərzində istədikləri şəbəkəyə köçürməlidirlər. Bu müddət ərzində xidmət göstərilmədiyi halda operator abunəçiyə bu xidməti pulsuz şəkildə göstərməlidir.
Aynur Vəliyeva
Baxış sayı: 1156
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır