Tarix:10/04/14
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.
O qeyd edib ki, müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Deputatın sözlərinə görə, son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. S.Qafarova bildirib ki, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir:
“Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında “3G”, “4G” tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə “İKT ili” elan olunub".
S.Qafarova əlavə edib ki, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Millət vəkili, həmçinin, vurğulayıb ki, Azərbaycanda “Elektron hökumət”in qurulması, “ASAN xidmət”in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir: “Azərbaycanda hər bir kəs tutduğu mövqedən asılı olmayaraq özünü internetdə azad formada ifadə edə bilir”.
Seymur
“Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır”
“İnternetə azad çıxışın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir”.Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.
O qeyd edib ki, müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Deputatın sözlərinə görə, son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. S.Qafarova bildirib ki, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir:
“Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında “3G”, “4G” tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə “İKT ili” elan olunub".
S.Qafarova əlavə edib ki, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Millət vəkili, həmçinin, vurğulayıb ki, Azərbaycanda “Elektron hökumət”in qurulması, “ASAN xidmət”in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir: “Azərbaycanda hər bir kəs tutduğu mövqedən asılı olmayaraq özünü internetdə azad formada ifadə edə bilir”.
Seymur
Baxış sayı: 1222
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib