Tarix:10/04/14
“IBM”-in fəxri əməkdaşı və dünyanın bir çox tanınmış universitetlərinin professoru Parkin böyük məlumatlar dövrünün kəşfinə görə bu mükafata layiq görülüb. Onun həlləri informasiyanın saxlanılması və yazılması üçün istifadə edilən maqnit disklərinin həcmini min dəfə artırmağa imkan verib.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, alimin nailiyyətləri sosial şəbəkə və “bulud” xidmətlərinin inkişafına təkan verib. Nəticədə internet istifadəçiləri filmləri izləmək və onlayn musiqiyə qulaq asmaq imkanı əldə ediblər.
"Mən bu mükafata layiq görüldüyümə görə çox şadam, çünki bu, elmi cəmiyyətdə ən əhəmiyyətli mükafatlardan biridir. Son 10 ildə bir çox tanınmış alimlər bu mükafata layiq görülüblər. Mən bu mükafata layiq görüldüyümə görə fəxr edirəm – bu, mənim zəhmətimin qiymətləndirilməsi və onun dünyaya təsirinin göstəricisidir" – Parkin deyib.
"Minilliyin Texnologiyası" mükafatının birinci laureatı (2004) internetin yaradıcısı Tim Berners-Li olub.
Emil Hüseynov
Britaniyalı fizik Styuart Parkin "Minilliyin Texnologiyası" mükafatına layiq görülüb
Britaniyalı fizik Styuart Parkin "Minilliyin Texnologiyası" adlı nüfuzlu mükafatın sahibi olub. Finlandiyanın Texnologiya Akademiyası 2004-cü ildən etibarən hər iki ildən bir bu mükafatı verir. Mükafatın dəyəri 1 milyon avro təşkil edir.“IBM”-in fəxri əməkdaşı və dünyanın bir çox tanınmış universitetlərinin professoru Parkin böyük məlumatlar dövrünün kəşfinə görə bu mükafata layiq görülüb. Onun həlləri informasiyanın saxlanılması və yazılması üçün istifadə edilən maqnit disklərinin həcmini min dəfə artırmağa imkan verib.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, alimin nailiyyətləri sosial şəbəkə və “bulud” xidmətlərinin inkişafına təkan verib. Nəticədə internet istifadəçiləri filmləri izləmək və onlayn musiqiyə qulaq asmaq imkanı əldə ediblər.
"Mən bu mükafata layiq görüldüyümə görə çox şadam, çünki bu, elmi cəmiyyətdə ən əhəmiyyətli mükafatlardan biridir. Son 10 ildə bir çox tanınmış alimlər bu mükafata layiq görülüblər. Mən bu mükafata layiq görüldüyümə görə fəxr edirəm – bu, mənim zəhmətimin qiymətləndirilməsi və onun dünyaya təsirinin göstəricisidir" – Parkin deyib.
"Minilliyin Texnologiyası" mükafatının birinci laureatı (2004) internetin yaradıcısı Tim Berners-Li olub.
Emil Hüseynov
Baxış sayı: 700
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır