12px13px15px17px
Tarix:10/04/14

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək.
 
17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin 13 aprel, növbəti mərhələsinin isə 26 aprel tarixində keçirilməsi planlaşdırılır.
 
 Olimpiadanın 1-ci mərhələsi 13.04.2014-cü il tarixində saat 10:00-da Qafqaz Universitetində keçiriləcək. Final mərhələsinin isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.
 
Münsiflər Heyətinin tərkibinə Ramin Mahmudzadə (Münsiflər Heyətinin sədri), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev, Təhsil Nazirliyinin Təhsilin İdarə Edilməsinin Məlumat Sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Heydər Əliyev Fondunun İT üzrə eksperti Telman Məmmədov daxildir. Seçmə mərhələsinin tapşırıqlarının istiqamətlərinə gəldikdə, dinamik proqramlaşdırma, qraflar, mətnlə iş, müstəvi üzərində həndəsə mövzularının hər biri üzrə 2 tapşırıq nəzərdə tutulur.
 
Qeyd edək ki, qeydiyyatdan keçmək üçün müraciət edən komandaların sayı 74, qeydiyyatdan keçən komandaların sayı isə 49-dur. Komandalara “MSU Programmers”, “NoObs”, “BANM2”, “BIG team”, “Tarkus”, “AzTU_1”, “BSU CyberPower”, “AzTU_2”, “AzTU_3”, “BANM1”, “AzTU_4”, “BANM3”, “Excalibur”, “ARK Programmers”, “BSU-NET”, “Qafqaz Programmers”, “Sign-p”, “Cinar”, “Sirius 1”, “Sirius 2”, “Sirius 3”, “Sirius 4”, “Sirius 5”, “Nizami”, “MARS”, “Xemse”, “Kəpəz”, “Spirit”, “Qafqaz Şahinləri”, “BANM4”, “Sirius 7”, “Matrix”, “Qafqaz U 3”, “Qafqaz U 4”, “Qafqaz U 6”, “CyberFoxes”, “Qafqaz U 5”, “NDU”, “Qafqaz U 7”, “Məhsəti”, Qafqaz U 8”, “Qafqaz U 9”, “BANM6”, “BANM5”, “Sirius 6”, “Qafqaz U 10”, “Sirius 8”, “MG”, “Sirius 10” və s. daxildir.  Komandalar Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrini təmsil edirlər.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 922

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Fevral 2020

25 02 2020

25/02/20
“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Q51” adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.

25/02/20
“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib

Çinin “Huawei” şirkəti ucuz, amma məhsuldar “Honor 9x Pro” smartfonunu təqdim edib.

25/02/20
“Huawei” şirkəti “5G”-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib

Çinin “Huawei” texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda “5G” qoşulmasını

25/02/20
“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib

“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototip

25/02/20
Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız “Signal” messencerində aparmaq tövsiyə

25/02/20
Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib.

25/02/20
Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tət

25/02/20
“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperi

25/02/20
Yeni “iPhone” modeli “Wi-Fi 802.11ay” standartını dəstəkləyəcək

Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O