Tarix:10/04/14
“Mən smartfon satışı biznesində qazanc əldə edə bilmirəmsə, gələcəkdə ondan imtina etməliyəm”, - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar yaxın vaxtlarda qəbul olunacaq.
Bununla yanaşı, “BlackBerry” digər şirkətlərlə tərəfdaşlıqda korporativ texnologiyalara qoyulan investisiyaları genişləndirməyi planlaşdırır. Şirkət əsas diqqəti proqram təminatına yönəltmək niyyətindədir.
Məlumat üçün bildirək ki, 2013-2014-cü maliyyə ilinin birinci rübünün yekunlarına görə “BlackBerry” bir il əvvəlin analoji dövründə əldə olunan 98 milyon dollarlıq mənfəətlə müqayisədə 423 milyon dollar məbləğində itki ilə üzləşib.
Eyni zamanda, mədaxil 64 faiz azalaraq 976 milyon dollara enib. Hesabat dövrü ərzində "BlackBerry” 3,4 milyon smartfon, eləcə də, “BlackBerry 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 1,3 milyon qurğu satılıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.
“BlackBerry” mobil telefon biznesindən imtina edə bilər
“BlackBerry” şirkətinin baş direktoru Con Çen mobil biznesin bundan sonra da ziyana məruz qalacağı təqdirdə ondan imtina edəcəyini bəyan edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.“Mən smartfon satışı biznesində qazanc əldə edə bilmirəmsə, gələcəkdə ondan imtina etməliyəm”, - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar yaxın vaxtlarda qəbul olunacaq.
Bununla yanaşı, “BlackBerry” digər şirkətlərlə tərəfdaşlıqda korporativ texnologiyalara qoyulan investisiyaları genişləndirməyi planlaşdırır. Şirkət əsas diqqəti proqram təminatına yönəltmək niyyətindədir.
Məlumat üçün bildirək ki, 2013-2014-cü maliyyə ilinin birinci rübünün yekunlarına görə “BlackBerry” bir il əvvəlin analoji dövründə əldə olunan 98 milyon dollarlıq mənfəətlə müqayisədə 423 milyon dollar məbləğində itki ilə üzləşib.
Eyni zamanda, mədaxil 64 faiz azalaraq 976 milyon dollara enib. Hesabat dövrü ərzində "BlackBerry” 3,4 milyon smartfon, eləcə də, “BlackBerry 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 1,3 milyon qurğu satılıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Baxış sayı: 676
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır