Tarix:10/04/14
Fondun icraçı direktorunun müavini Azər Bayramovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, qrant layihələri qəbul edilməzdən öncə müəlliflər layihələrini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirməli olacaqlar.
“Təqdim edilən qrant layihələri arasında bəzi hallarda oxşar layihələrə rast gəlinir və müsabiqə nəticəsində oxşar layihələrdən biri qəbul edilib digər rədd edildiyi zaman bu müəlliflər tərəfindən narazılığa səbəb olur. Biz bu kimi hallar baş verməsin deyə, təqdim edilən layihənin müəllif hüquqlarını müvafiq agentlikdə qeydiyyatdan keçirməyi təklif edəcəyik. Bu, müəlliflərin maraqlarına uyğundur və cüzi xərclər tələb edir. Bizdə olan məlumata əsasən, fiziki şəxslər 5 manat, hüquqi şəxslər isə 20 manat rüsum ödəməklə bu prosedurdan keçə bilərlər”,- deyə o bildirib.
Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi dövlət müəssisələrinə təqdim edilən layihələrin müəllif hüquqlarını təmin edir. Bunun üçün agentliyə dövlət orqanından rəy daxil olmalıdır və bu rəy əsasında ilk növbədə layihənin ekspertizası keçirilir, onun orijinallığı və digər göstəriciləri müəyyən edilir. Bundan sonra layihə qeydiyyata alınır və gələcəkdə onun müəllifinin əqli mülkiyyət hüquqları təmin edilir.
Aynur Vəliyeva
İTİDF-yə təqdim olunan startup layihələrinin müəllif hüquqlarının təmin edilmə mexanizmi müəyyən edilib
Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (İTİDF) təqdim edilən startup layihələrinin müəllif hüquqlarının təmin edilmə mexanizmi müəyyən edilib.Fondun icraçı direktorunun müavini Azər Bayramovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, qrant layihələri qəbul edilməzdən öncə müəlliflər layihələrini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirməli olacaqlar.
“Təqdim edilən qrant layihələri arasında bəzi hallarda oxşar layihələrə rast gəlinir və müsabiqə nəticəsində oxşar layihələrdən biri qəbul edilib digər rədd edildiyi zaman bu müəlliflər tərəfindən narazılığa səbəb olur. Biz bu kimi hallar baş verməsin deyə, təqdim edilən layihənin müəllif hüquqlarını müvafiq agentlikdə qeydiyyatdan keçirməyi təklif edəcəyik. Bu, müəlliflərin maraqlarına uyğundur və cüzi xərclər tələb edir. Bizdə olan məlumata əsasən, fiziki şəxslər 5 manat, hüquqi şəxslər isə 20 manat rüsum ödəməklə bu prosedurdan keçə bilərlər”,- deyə o bildirib.
Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi dövlət müəssisələrinə təqdim edilən layihələrin müəllif hüquqlarını təmin edir. Bunun üçün agentliyə dövlət orqanından rəy daxil olmalıdır və bu rəy əsasında ilk növbədə layihənin ekspertizası keçirilir, onun orijinallığı və digər göstəriciləri müəyyən edilir. Bundan sonra layihə qeydiyyata alınır və gələcəkdə onun müəllifinin əqli mülkiyyət hüquqları təmin edilir.
Aynur Vəliyeva
Baxış sayı: 746
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır