Tarix:10/04/14
Fondun İcraçı direktorunun müavini Azər Bayramovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, layihələrin qəbulu may ayınadək davam edəcək.
"Aprelin 2-dən bu günədək "www.ictfund.gov.az" saytının "e-qrant" bölməsində 40-dək qrant iddiaçı qeydiyyatdan keçib. Qrant layihələrinin qəbulu mayın 2-də başa çatacaq və bundan sonra onların ekspertlər tərəfindən qiymətləndirilməsi prosesi həyata keçiriləcək",- deyə o bildirib.
Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaq. Layihələrə 10 min manatdan 300 min manatadək vəsait ayrılması nəzərdə tutulub.
Müəlliflər üçün VÖİN layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın.
Aynur Vəliyeva
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun onlayn qeydiyyat sistemində artıq bir sıra iddiaçı qeydiyyatdan keçib.Fondun İcraçı direktorunun müavini Azər Bayramovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, layihələrin qəbulu may ayınadək davam edəcək.
"Aprelin 2-dən bu günədək "www.ictfund.gov.az" saytının "e-qrant" bölməsində 40-dək qrant iddiaçı qeydiyyatdan keçib. Qrant layihələrinin qəbulu mayın 2-də başa çatacaq və bundan sonra onların ekspertlər tərəfindən qiymətləndirilməsi prosesi həyata keçiriləcək",- deyə o bildirib.
Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaq. Layihələrə 10 min manatdan 300 min manatadək vəsait ayrılması nəzərdə tutulub.
Müəlliflər üçün VÖİN layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın.
Aynur Vəliyeva
Baxış sayı: 1034
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı