12px13px15px17px
Tarix:11/04/14

2020-ci ilədək “rəqəmli dünya”nın həcmi 44 trilyon qiqabayt olacaq

"EMC" şirkətinin sifarişi üzrə "IDC" analitik şirkəti tərəfindən keçirilmiş yeddinci "Rəqəmli dünya" illik tədqiqatının nəticələrinə əsasən, 2020-ci ilədək rəqəmli dünyanın həcminin 10 dəfə artacağı gözlənilir. Cari il "Rəqəmli imkanlar dünyası: əşyaların internetində məlumat müxtəlifliyi" mövzusuna həsr edilmiş tədqiqat simsiz texnologiya, "ağıllı" qurğulara həsr edilib.
 
Son illər məhz bu  informasiya generatorları məlumat həcminin aktiv artımında mərkəzi rol oynayır.
 
Belə ki, "Əşyaların interneti" sayəsində rəqəmli dünyanın həcmi hər iki ildə iki dəfə artır. Tədqiqat müəlliflərinin proqnozuna görə, 2013-2020-ci illərdə informasiyanın həcmi 10 dəfə artaraq 44 trilyon olacaq.
 
 
 
Qarşıda bizi hansı perspektivlər gözləyir?
 
  • Günümüzdə kimsə rəqəmli dünyanın bütün informasiya həcmini "iPad Air" planşetinə yazmaq istəsə, o zaman 253704 kilometr uzunluğunda (Ay planetinədək məsafənin 2/3-si) planşet batareyası lazımdır. 2020-ci ilədək 6 bu cür batareya belə kifayət etməyəcək.
  • Bu gün hər bir ev idarəetməsi 65 "iPhone" smartfonunun yaddaşının doldurulması üçün kifayət qədər məlumat həcmi yaradır. 2020-ci ilədək bu göstərici artıq 318 "iPhone" telefonunu əhatə edəcək.
 
"Əşyaların interneti" – bu, unikal identifikatora malik və məlumatları avtomatik qeydə alan, toplayan və qəbul edən milyardlarla gündəlik əşya və qurğu deməkdir. Məsələn, idman ayaqqabısına quraşdırılmış ötürücü qaçışın sürətini  qeydə ala bilər. "IDC"-nin tədqiqatına əsasən, internetə qoşula bilən qurğu və əşyaların sayı 200 milyarda yaxınlaşır ki, onların da 7%-i (14 milyard) artıq qlobal şəbəkəyə qoşulub. "IDC"-nin mütəxəssislərinin proqnozuna əsasən, 2020-ci ilədək internetə qoşulmuş qurğuların sayı 32 milyardadək artacaq.
 
İnkişaf etməkdə olan bazarlar daha çox məlumat generasiya edir. Hazırda rəqəmli dünyada generasiya olunan məlumatların 60%-i Almaniya, Yaponiya və ABŞ kimi formalaşmış bazarların payına düşür, lakin 2020-ci ilədək balans inkişaf etməkdə olan bazarlara (Braziliya, Çin, Meksika və Rusiya) doğru dəyişəcək.
 
"Bulud" seqmentində məlumatların həcmi iki dəfə artacaq. 2013-cü ildə rəqəmli dünyada məlumatların 20%-i "bulud"da yerləşib. 2020-ci ilədək bu göstərici iki dəfə artaraq 40% təşkil edəcək.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024