12px13px15px17px
Tarix:11/04/14

Kabel Televiziyasının rəqəmsal abunəçiləri xarici paketləri 2 ay müddətində tamamilə pulsuz izləyəcəklər

Yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə profilaktika və yenidənqurma işləri aparan "Ailə TV" Kabel Televiziyası şəbəkəsində artıq analoq rejimdə əksər TV kanalları, rəqəmsal rejimdə isə 70-80 kanalın yayımı bərpa olunub.
 
"CaspianTelecom"un mətbuat katibi Sabir Məşədizadənin sözlərinə görə, avadanlıqların yenilənməsi zamanı baş vermiş müəyyən fors-major hallar səbəbindən bəzi TV kanalların yayımında dayanmalar var: "Hal-hazırda yayımın tam bərpa olunması üzərində həm yerli, həm də əcnəbi mütəxəssislər çalışır və TV kanalların yayımı tədricən bərpa olunur.
 
Abunəçilərdən xahiş olunur ki, rəqəmsal qəbuledicilərində ilkin ayarları qaytarıb, vaxtaşırı avtoaxtarış etsinlər. Aparılan texniki sazlama işləri tam bitdikdən sonra "Ailə TV" rəqəmsal abunəçiləri ilkin olaraq, 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal əlavə 15 "full HD" və 4 yeni "Ailə TV Kinozal" kanalı izləmək imkanı əldə edəcəklər. Əlavə olaraq "Ailə TV" analoq rejimində də yayımın keyfiyyəti ikiqat yüksəldiləck".
 
 
Texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkdiyini deyən mətbuat katibi bunun müqabilində abunəçilərə kompensasiya və bonusların təqdim olunacağını bildirib: "Əlavə olaraq,"Ailə TV"rəqəmsal abunəçiləri "Ailə+", "Sport", "Kino" və "Xarici" paketlərini 2 ay müddətində tamamilə pulsuz izləyəcəklər".
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024