12px13px15px17px
Tarix:11/04/14

İnformatika üzrə Respublika fənn olimpiadasının nəticələri elan edilib

Təhsil naziri Mikayıl Cabbarov respublika fənn olimpiadalarının qalibləri haqqında əmr verib. Əmrə əsasən, 2014-cü ildə keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri elan edilib.

İnformatika üzrə Respublika fənn olimpiadasının İnformatika fənni üzrə birinci yeri Bakı Özəl Türk Liseyinin "Dədə Qorqud" filialının IX sinif şagirdi Fateh İbrahimli, Sumqayıt Özəl Türk Liseyinin X sinif şagirdi Əliağa Şirinov, Bakı Özəl Türk Liseyinin XI sinif şagirdi Tahir Əlizadə qazanıblar. İkinci yerin sahibləri Məmmədov İbrahim (Bakı Özəl Türk Liseyinin IX sinif şagirdi), Cəbrayılzadə Elgün (Bakı Özəl Türk Liseyinin IX sinif şagirdi), Paşayev Sənan (Bakı Özəl Türk Liseyinin IX sinif şagirdi) olub. Üçüncü yerin qalibləri Ağayev Rüstəm (Bakı Özəl Türk Liseyinin "Dədə Qorqud" filialının VIII sinif şagirdi), Eyyubov Kamal (Dəyanət Vəqfi Türk Liseyinin IX sinif şagirdi), Süleymanlı Samir (Şəki Özəl Türk Liseyinin IX sinif şagirdi) seçilib.
 
Dördüncü - həvəsləndirici yerlərin sahibləri Həsənov Ayxan (nazirlik tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi), Məmmədova Leyla (Bakı şəhəri 264 nömrəli məktəb-liseyin IX sinif şagirdi), Rzazadə İsmayıl (Naxçıvan Türk Liseyinin XI sinif şagirdi) olub.
 
Nazirlikdən qeyd edilib ki, Məktəbəqədər və ümumi təhsil şöbəsi, İqtisadiyyat şöbəsi və Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi olimpiada qaliblərinin mükafatlandırılması ilə bağlı təkliflərini rəhbərliyə təqdim edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024