12px13px15px17px
Tarix:11/04/14

“Audatex” şirkətinin təklif etdiyi proqram təminatları Azərbaycan sığorta bazarına uyğunlaşdırılacaq

Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkətinin regional idarəedici direktoru Arnaud Aqostininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  Azərbaycan İcbari Sığorta Bürosunda (İSB) görüş keçirilib.
 
Bürodan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə İSB-nin qeyri-həyat sığortası üzrə fəaliyyət göstərən bütün iştirakçı sığorta şirkətlərinin, həmçinin Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbər şəxsləri iştirak ediblər. Görüş zamanı “Audatex”in əməkdaşları şirkətin işinin təşkili və xüsusiyyətləri, təklif etdiyi proqram təminatlarından və məlumat bazasından istifadə  üzrə təqdimatlarla çıxış ediblər. Həmçinin, “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması, təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi, bu işin həyata keçirilməsi müddətləri, şirkətin biznesini təşkil etməsi və aparması, bununla bağlı gözləntilər və ehtimallar ilə əlaqədar fikir mübadiləsi və müzakirələr aparılıb. “Audatex”in Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı şirkət nümayəndələri ilə ilkin razılaşma əldə olunub.
 
Qeyd edək ki, “Audatex”in proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. Bunun başlıca üstünlüyü odur ki, zərərlər bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək və hansı sığortaçının seçilməsindən asılı olmayaraq zərərlərin qiymətləndirilməsi eyni yanaşma əsasında həyata keçiriləcək.
 
CAHANGİR
 



Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024