12px13px15px17px
Tarix:11/04/14

“Apple” “iPhone” smartfonları üçün radiomodulları özü buraxacaq

Son ildə “Apple” şirkətinə əvvəllər “Broadcom” şirkətində işləmiş ən azı iki yüksəkvəzifəli əməkdaş qoşulub. Dünyanın ən böyük simsiz rabitə çip tədarükçülərindən biri olan “Broadcom” şirkətindən aparıcı mühəndislərin “Apple”a keçidi şirkətin "iPhone" üçün radiomodulu  sərbəst hazırlamaq niyyətindən xəbər verir.
 
 
“Apple Insider” bloqu yazır ki, baş mühəndis Pol Çanq “Broadcom” şirkətində 11 illik iş fəaliyyətindən sonra “Apple” şirkətinə keçərək  layihənin baş meneceri vəzifəsində işləməyə başlayıb.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Çanq “Broadcom” şirkətində “Nokia” və “Samsung”un mobil qurğularında tətbiq edilən radioötürücülərin hazırlanması ilə məşğul olub.
 
“Broadcom”un digər əməkdaşı Sipin Vanq cari ilin yanvarında “Apple” şirkətinə keçib.
 
Adı çəkilən bloq hesablayıb ki, “Apple” son üç ildə “Broadcom” və “Qualcomm” şirkətlərindən ən azı 30 mühəndis “oğurlayıb”. Bununla belə, “Apple” şirkətində radiomodul sahəsi ilə bağlı təxminən 50 vakansiya mövcuddur.
 
Emil Hüseynov



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024