Tarix:11/04/14
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Verisign” şirkətinin məlumatına görə, 2013-cü ilin son üç ayı ərzində internetdə domen bazasının təmiz artımı 5 milyon ad təşkil edib. 2013-cü ildə 271 milyon domen işləyib ki, bu da ötən illə müqayisədə 18,5 milyon yüksəkdir. Hazırda “.com” domen zonasında 112 milyondan çox domen işləyir və ən böyük domen zonası adını özündə saxlayır. İkinci yerdə Sakit okeanda Tokelau ada dövlətinə məxsus “.tk” domen zonası yer alıb.
Məlum olduğu kimi, “.tk” domen zonasında qeydiyyat ödənişsizdir. Qeydiyyat sisteminin ödənişsiz olması fırıldaqçıları və kibercinayətkarları bu domen zonasına cəlb edir. “Google” şirkətinin rəsmiləri hələ ötən il bildirmişdilər ki, onun axtarış sistemi bu zonanı indeksləşdirməyəcək.
Domenlərin sayına görə üçüncü yerdə 18 milyon domen adına məxsus Almaniya milli zonası, dördüncü yerdə “.net” domeni qərarlaşıb.
Emil Hüseynov
Domenlərin sayı 271 milyona çatıb
“Verisign” şirkətinin domen sənayesinin inkişafı haqqında hesabatına əsasən, 2013-cü ildə internetdə 271 milyon domen adı qeydiyyatdan keçirilib. Xatırladaq ki, “Verisign” şirkəti “.com”, “.net” və “.org” domen zonalarının administratoru funksiyasını yerinə yetirir.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Verisign” şirkətinin məlumatına görə, 2013-cü ilin son üç ayı ərzində internetdə domen bazasının təmiz artımı 5 milyon ad təşkil edib. 2013-cü ildə 271 milyon domen işləyib ki, bu da ötən illə müqayisədə 18,5 milyon yüksəkdir. Hazırda “.com” domen zonasında 112 milyondan çox domen işləyir və ən böyük domen zonası adını özündə saxlayır. İkinci yerdə Sakit okeanda Tokelau ada dövlətinə məxsus “.tk” domen zonası yer alıb.
Məlum olduğu kimi, “.tk” domen zonasında qeydiyyat ödənişsizdir. Qeydiyyat sisteminin ödənişsiz olması fırıldaqçıları və kibercinayətkarları bu domen zonasına cəlb edir. “Google” şirkətinin rəsmiləri hələ ötən il bildirmişdilər ki, onun axtarış sistemi bu zonanı indeksləşdirməyəcək.
Domenlərin sayına görə üçüncü yerdə 18 milyon domen adına məxsus Almaniya milli zonası, dördüncü yerdə “.net” domeni qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 907
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib