Tarix:11/04/14
Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun tədrisi məqsədilə Viki-Mərkəz yaradılıb.
Aprelin 1-dən etibarən mərkəzdə AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr, həm də praktiki seminarlar keçirilir. Mərkəzdən verilən məlumata görə, kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən “Wikipedia” ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur.
Kurslarda elmi tutumlu materialların “Wikipedia”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi qaydaları izah edilir. Həftədə 2 dəfə olmaqla 1 ay davam edəcək dərslərdə mühazirələr institutun sektor müdiri Rasim Mahmudov, seminarlar isə sektor müdirləri İradə Ələkbərova və Rəna Qasımova tərəfindən aparılır. Mərkəzdən qeyd edilib ki, sonda kursu bitirən əməkdaşlara sertifikatların təqdim edilməsi də nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Mütəxəssislərimizə informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görməyin yolları aşılanır
Mütəxəssislərimizə viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanır. Bu sahədə daha güclü bilik və bacarıqları onlar viki-qruplarda qazanacaqlar.Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun tədrisi məqsədilə Viki-Mərkəz yaradılıb.
Aprelin 1-dən etibarən mərkəzdə AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr, həm də praktiki seminarlar keçirilir. Mərkəzdən verilən məlumata görə, kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən “Wikipedia” ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur.
Kurslarda elmi tutumlu materialların “Wikipedia”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi qaydaları izah edilir. Həftədə 2 dəfə olmaqla 1 ay davam edəcək dərslərdə mühazirələr institutun sektor müdiri Rasim Mahmudov, seminarlar isə sektor müdirləri İradə Ələkbərova və Rəna Qasımova tərəfindən aparılır. Mərkəzdən qeyd edilib ki, sonda kursu bitirən əməkdaşlara sertifikatların təqdim edilməsi də nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 809
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib