Tarix:11/04/14
Belə ki, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əməkhaqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əməkhaqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək.
Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək. Nazirlikdən bildirilib ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işləri aparılmaqla sistemin təkmilləşdirilməsi işləri aparılır.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “Elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaq. Həmçinin nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.
Həqiqət İSABALAYEVA
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi iş yeri haqda arayışların təqdim olunmasını asanlaşdıracaq
Artıq bundan sonra işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əməkhaqları barədə arayış təqdim etmələri işi xeyli asanlaşacaq. Bu prosedurun sadələşməsi əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron informasiya sisteminin tətbiqi nəticəsində mümkün olacaq.Belə ki, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əməkhaqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əməkhaqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək.
Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək. Nazirlikdən bildirilib ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işləri aparılmaqla sistemin təkmilləşdirilməsi işləri aparılır.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “Elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaq. Həmçinin nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 6611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib