12px13px15px17px
Tarix:11/04/14

“Google Glass” ABŞ-da açıq satışa çıxarılacaq

“Google” şirkəti “Google Glass” smart eynəyini açıq satışa çıxarmağa qərar verib; aprelin 15-də ABŞ-da sözügedən eynəyi “Google”un ixtisaslaşdırılmış saytından satın almaq mümkün olacaq.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” eynək formasında olan daşınan kompüter konseptini hələ 2012-ci ilin aprelində nümayiş etdirib. “Google Glass” eynəklərinin sınaq versiyaları bir ildən çox müddətdə 10 min tərtibatçı üçün əlçatan olub. Ötən ilin payızında “Google” şirkəti açıq satışa qədər "ağıllı" eynək sahiblərinə üç dostuna qurğunu almaq təklifi etməyə icazə verib.
 
"Biz gələn həftə bu barədə dərc etməyi planlaşdırırdıq. Biz hər gün sınaq  proqramına qoşula bilməyən insanlardan bu barədə müraciət alırdıq. Buna görə aprelin 15-də ABŞ-da Sakit okean vaxtı üzrə səhər saat 6-dan bütün həddi-buluğa çatmış müştərilər saytımızdan 1500 dollara “Glass” eynəklərini satın ala biləcəklər" – “Google”un bloqunda yazılıb.
 
Emil Hüseynov



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024