12px13px15px17px
Tarix:11/04/14

2013-cü ildə Rusiyanın internet auditoriyası 9% artıb

"Yandeks" şirkəti Rusiyanın regionlarında internetin inkişafı statistikasını dərc edib. Məlumata görə, 2012-ci ilin payızından 2013-cü ilin payızınadək Rusiyanın internet auditoriyası yalnız 9% artıb. Bu, son 10 ildə ən aşağı göstərici olub. Bununla belə, yuxarıda göstərilmiş müddətdə 5 milyondan çox yeni istifadəçi internet məkanına daxil olub.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, Rusiyada mobil internet sahəsində daha yaxşı nəticə qeydə alınıb. 2013-cü ildə internetə telefon, smartfon və planşet vasitəsilə daxil olan auditoriyanın sayı 1.5 dəfədən çox (8,7 milyon insan) artıb. Bu halda qurğuların 86 %-i "iOS" və "Android" sistemi ilə işləyir.
 
İnternet auditoriyasının yaş həddinə gəlincə, 35 yaşlı istifadəçilər üstünlük təşkil edir.
 
Emil Hüseynov



Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024