Tarix:12/04/14
BTİ-nin məlumatına görə, müsabiqə qaliblərinə öz yenilikçi ideyalarını, layihələrini 2014-cü ilin dekabr ayında Dohada keçiriləcək və dünyanın nüfuzlu İT mütəxəssislərini bir araya gətirəcək “ITU TelecomWorld-2014” konfransında nümayiş etdirmək imkanı yaradılacaq.
BTİ-nin 4-cü illik müsabiqəsinə əsasən, dünyanın müxtəlif ölkələrini təmsil edən 18-30 yaşlı gənc, innovativ sahibkarlar “start-up” və ya ilkin anlayışlar şəklində rəqəmli, innovativ texnoloji həllərlə dünyanı dəyişdirməyin yollarını axtarırlar. Qlobal rəqəmli inkişaf həllərinin axtarışında olan 2 layihə müəllifi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qalib olaraq müəyyənləşdiriləcək. Müxtəlif istiqamətləri əhatə edən müsabiqənin ilk turunun əsas tapşırığı “Lokal rəqəmli kontent” mövzusundan ibarətdir.
Bu istiqamət üzrə Ekspertlərin Seçmə Komitəsi “ITU TelecomWorld -2014”-ə dəvət ediləcək iki qalibi müəyyənləşdirəcək. Həmçinin layihə müəlliflərinə startuplar üçün ilkin maliyyələşmə şəklində 10.000 ABŞ dolları pul mükafatı təqdim ediləcək. Layihələrin ilkin təqdimatı üçün son tarix mayın 30-da başa çatacaq. Qaliblər 7-10 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək “ITU TelecomWorld -2014”-də mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin digər təşkilatçısı “ITU TelecomWorld -2014” konfransına dəstək verən Qətərin “Ooredoo” şirkətidir.
Həqiqət İSABALAYEVA
Beynəlxalq Telekommunikasiya İttifaqı innovativ sahibkarların axtarışına başlayıb
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) “Gənc innovatorlar – 2014” müsabiqəsini elan edib. Artıq 4-cü dəfə keçirilən müsabiqənin məqsədi dünyanın hər yerində istedadlı gənc mütəfəkkirlərin, innovativ sahibkarların axtarışı, onlara dəstək verilərək sosial tərəfdaşlar tapmaqdır.BTİ-nin məlumatına görə, müsabiqə qaliblərinə öz yenilikçi ideyalarını, layihələrini 2014-cü ilin dekabr ayında Dohada keçiriləcək və dünyanın nüfuzlu İT mütəxəssislərini bir araya gətirəcək “ITU TelecomWorld-2014” konfransında nümayiş etdirmək imkanı yaradılacaq.
BTİ-nin 4-cü illik müsabiqəsinə əsasən, dünyanın müxtəlif ölkələrini təmsil edən 18-30 yaşlı gənc, innovativ sahibkarlar “start-up” və ya ilkin anlayışlar şəklində rəqəmli, innovativ texnoloji həllərlə dünyanı dəyişdirməyin yollarını axtarırlar. Qlobal rəqəmli inkişaf həllərinin axtarışında olan 2 layihə müəllifi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qalib olaraq müəyyənləşdiriləcək. Müxtəlif istiqamətləri əhatə edən müsabiqənin ilk turunun əsas tapşırığı “Lokal rəqəmli kontent” mövzusundan ibarətdir.
Bu istiqamət üzrə Ekspertlərin Seçmə Komitəsi “ITU TelecomWorld -2014”-ə dəvət ediləcək iki qalibi müəyyənləşdirəcək. Həmçinin layihə müəlliflərinə startuplar üçün ilkin maliyyələşmə şəklində 10.000 ABŞ dolları pul mükafatı təqdim ediləcək. Layihələrin ilkin təqdimatı üçün son tarix mayın 30-da başa çatacaq. Qaliblər 7-10 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək “ITU TelecomWorld -2014”-də mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin digər təşkilatçısı “ITU TelecomWorld -2014” konfransına dəstək verən Qətərin “Ooredoo” şirkətidir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 769
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır