12px13px15px17px
Tarix:12/04/14

2014-cü ildə daşınan qurğular bazarının həcmi üç dəfə artacaq

“IDC”-nin analitikləri deyir ki, daşınan qurğular bazarı erkən inkişaf mərhələsindədir, lakin çox tezliklə bu seqmentdə çox sürətli yüksəliş qeydə alınacaq.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə 19 milyondan çox daşınan cihaz buraxılacaq ki, bu da ötən illə müqayisədə üç dəfə yüksəkdir. Yaxın 4 ildə orta hesabla ildə 78,4% artım olacaq və 2018-ci ildə 111,9 milyona çatacaq.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər bu bazarı üç seqment üzrə təsnif edirlər: mürəkkəb aksesuarlar (complex accessories), "ağıllı" aksesuarlar (smart accessories) və "ağıllı" daşınan qurğular (smart wearables). Birinci kateqoriyaya “Nike+ FuelBand” və “Fitbit” kimi idman qolbaqları aiddir. Mütəxəssislər hesab edirlər ki, məhz bu qurğular bazarda lider mövqeyə sahib olacaqlar. Bu, cihazların sadəliyi və münasib qiyməti ilə izah olunur.
 
"Ağıllı" aksesuarlar (Samsung Galaxy Gear, Pebble, Sony SmartWatch və başqaları) mürəkkəblərdən fərqli olaraq kənar tətbiqlərlə işləməyə icazə verir. Bu seqmentin kütləvi yayılmasına hələ bir qədər var, çünki sahəni təmsil edən məhsulların təkmilləşdirilməsinə ehtiyac var və  istifadəçilər bu cür məhsullardan istifadənin üstünlüklərini hələ tam başa düşməyiblər.
 
"Ağıllı" daşınan qurğular yuxarıda göstərilmiş kateqoriyalardan onunla fərqlənir ki, smartfona qoşulmadan işləyə bilərlər. “Google Glass” smart eynəyini nümunə göstərmək olar. Daşınan aparatların korporativ sektorda tətbiqi zamanla öz həllini tapacaq.
 
Emil Hüseynov
 
 
 
 
 



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024