12px13px15px17px
Tarix:14/04/14

2018-ci ildə smartfon prosessorlarının satışı 30 milyard dollara çatacaq

"Strategy Analytics” tədqiqat agentliyi mobil prosessor əlavələri bazarının (Application Processor, AP) perspektivlərini qiymətləndirib. Əsas tendensiyalar arasında analitiklər 64 bitlik həllərə tələbatın artmasını, “LTE” modemli çiplərin payının yüksəlməsini və çoxnüvəli məhsulların liderliyini qeyd edirlər.
Ekspertlərin proqnozlarına əsasən, 2018-ci ildə smartfonlar üçün əlavələr prosessorlarının satış həcmi 30 milyard dollara çatacaq. Bu bazarın həcminin ildə orta hesabla 10,8 faiz artacağı gözlənilir. Planşet çiplər seqmentində illik artım göstəricisi 14,6 faizə bərabər olacaq, 2018-ci ildə yekun satış həcmi 7,2 milyard dollar təşkil edəcək.

2012-ci ildə smartfonlar üçün “AP” çiplərin yarısı çoxnüvəli arxitekturaya malik olub. Dörd ildən sonra istehsalçılar tam şəkildə bu arxitekturaya keçəcək. Planşetlər bazarında isə bu, artıq baş verib.
 
2018-ci ildə bazarda 64 bitlik telefon çiplərinin nüfuzetmə dərəcəsi 75 faiz təşkil edəcək. 2013-cü ildə bu göstərici 3 faizə bərabər olub. Bu yüksəliş “Apple”, “Qualcomm”, “Samsung” və “Intel” şirkətləri sayəsində olacaq. “Intel” mobil sahədə aktiv iş apararaq “ARM” şirkətinin payının bir qisminə sahib çıxır.
“Strategy Analytics”in proqnozuna əsasən, 2018-ci ildə buraxılan prosessor əlavələrinin 83 faizi “ARM” arxitekturası ilə təchiz olunacaq, halbuki 2012-ci ildə bu göstərici 100 faiz olub. Planşet kompüterlər arasında ARM-çiplərin payı bu müddət ərzində 98 faizdən 70 faizədək aşağı düşəcək.  
Analitiklər hesab edirlər ki, “Intel” yeni texnoloji proseslərə (14 nanometr və daha aşağı) yiyələnməklə, eləcə də quraşdırılmış “3G/4G” modemli məhsulların satışı sayəsində mobil qurğular bazarında vəziyyətini yaxşılaşdıra bilər, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024