Tarix:14/04/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumatın alınmasını nəzərdə tutur.
Bununla yanaşı, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.
Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
Sənədə əsasən, əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda “IMEI” nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin “IMEI” nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxındakı polisə könüllü sürətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndərilir.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib.
Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib.
Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən “IMEI” nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək.
Aynur Vəliyeva
Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumatın alınmasını nəzərdə tutur.
Bununla yanaşı, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.
Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
Sənədə əsasən, əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda “IMEI” nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin “IMEI” nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxındakı polisə könüllü sürətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndərilir.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib.
Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib.
Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən “IMEI” nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək.
Aynur Vəliyeva
Baxış sayı: 1918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır