Tarix:14/04/14
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qeyri-rəsmi və daha çox tanışlıq xarakteri daşıyan görüşdə “startup nədir?”, “startup-media məsələləri”, “cəmiyyətdə startuplar haqqında formalaşan rəy”, “yerli biznes mühiti”, “startupların qarşılıqlı əlaqələri” və sair bu kimi məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşə dəvət edilən jurnalist ekspertlər startupların ölkə mediası ilə əlaqələrinin intensivləşdirilməsinin məqsədəuyğun olduğunu vurğulayaraq qeyd ediblər ki, cəmiyyətdə İKT-nin bu sahəsi ilə məşğul olan gənclərə inamın və etibarın artırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu var.
Bildirilib ki, hər bir yeni sahibkar öz məhsullarını ictimaiyyətə tanıtmaqda KİV-in rolundan maksimum yararlanmağa çalışmalıdır. Bu, bütün hallarda İKT üzrə biznes quranların xeyrinə işləməklə yanaşı, onların gəlirlərinin artmasına, dolayısı ilə reklam olunmalarına böyük fayda verəcək.
Seymur
Startuplar və media məsələləri müzakirə edilib
Azərbaycanda fəaliyyət göstərən startupların 30-a yaxını bir araya gələrək ölkədə bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə müzakirələr aparıblar.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qeyri-rəsmi və daha çox tanışlıq xarakteri daşıyan görüşdə “startup nədir?”, “startup-media məsələləri”, “cəmiyyətdə startuplar haqqında formalaşan rəy”, “yerli biznes mühiti”, “startupların qarşılıqlı əlaqələri” və sair bu kimi məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşə dəvət edilən jurnalist ekspertlər startupların ölkə mediası ilə əlaqələrinin intensivləşdirilməsinin məqsədəuyğun olduğunu vurğulayaraq qeyd ediblər ki, cəmiyyətdə İKT-nin bu sahəsi ilə məşğul olan gənclərə inamın və etibarın artırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu var.
Bildirilib ki, hər bir yeni sahibkar öz məhsullarını ictimaiyyətə tanıtmaqda KİV-in rolundan maksimum yararlanmağa çalışmalıdır. Bu, bütün hallarda İKT üzrə biznes quranların xeyrinə işləməklə yanaşı, onların gəlirlərinin artmasına, dolayısı ilə reklam olunmalarına böyük fayda verəcək.
Seymur
Baxış sayı: 615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır