12px13px15px17px
Tarix:14/04/14

Azərbaycanda İKT-yə dair beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Texniki Universitetində oktyabrın 27-28-də “İnformasiya-kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
 
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və Azərbaycan Texniki Universiteti konfransın təşkilatçıları qismində çıxış edir.
 
Konfrans müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində elmi nailiyyətlər barədə müzakirələr və fikir mübadiləsinin aparılması, alimlərin və mütəxəssislərin elmi işlərinin stimullaşdırılması,  elm və təhsil sahələrində beynəlxalq əməkdaşlıq,  MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi,  müasir İKT-nin inkişafı ənənələri və  perspektivlərinin  müzakirəsi məqsədlərini daşıyır.
 
Konfrans rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz  rabitə texnologiyaları, telekommunikasiya şəbəkələri və sistemləri, təsvirlərin emalı üsulları və vasitələri, kompüter şəbəkələri və  idarəetmə sistemləri bölmələrini ehtiva edəcək.
 
Təşkilat Komitəsinin sədrləri rabitə və yüksək texnologiyalar naziri, AMEA -nın akademiki  Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, t.e.d., professor Havar Məmmədov, sədr müavinləri, rabitə və yüksək texnologiyalar nazirinin müavini, t.e.f.-d., dosent  İltimas Məmmədov, AzTU-nun elm və texnika üzrə prorektoru, t.e.d., professor Elşad İsmibəyli, məsul katibi, Azərbaycan Texniki Universitetinin “Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının müdiri, t.e.n., dosent Elçin Gözəlov, elmi katibi AzTU-nun “Kommutasiya sistemləri və poçt rabitəsi”  kafedrasının dosenti, t.e.n. Əhməd Məmmədov müəyyən olunub.
 
Komitənin üzvləri sırasına Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, AMEA-nın akademiki Arif Paşayev, AMEA Kibernetika institutunun direktoru, AMEA-nın akademiki Telman Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əlquliyev, Azərbaycan  Milli Aviasiya Akademiyasının  “Aerokosmik informasiya texnologiyaları və idarəetmə sistemləri” kafedrasının mudiri , AMEA-nın müxbir üzvü , professor Ağasi Məlikov, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının rektoru, professor Petr Vorobiyenko, Belarusiya Dövlət  İnformatika və Radioelektronika Universitetinin rektoru, professor Mixail Batura, Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin  “Rabitə şəbəkələri” kafedrasının müdiri, professor Andrey Kuçeryavıy, Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının mudiri ,professor Ələkbər Əliyev, Müstəqil Dövlətlər Birliyi ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının zona şöbəsinin sədri Orozbek Kayıkov, “Aztelekom” İstehsalat Birliyinin  baş direktoru, t.e.n., dosent  Məhəmməd Məmmədov, “Azərpoçt” MMC-nin baş direktoru, t.e.n., dosent Qənbər Bəybalayev daxildir.
 
Konfransın işi plenar  və  bölmə məruzələri formasında azərbaycan, rus  və  ya  ingilis dillərində təşkil olunacaq.
 
Konfransın təşkili ilə bağlı bütün xərclər konfrans təşkilatçıları tərəfindən və qismən konfrans iştirakçıları tərəfindən aparılır.
 
Konfransda iştirak etmək istəyənlər  elektron versiyasında  Ahmed.RT@list.ru  elektron ünvanına aşağıdakıları bildirməlidir:
 
  1. Məruzənin azərbaycan, rus və ya ingilis dillərində adı olan ərizə, Müəllifin (müəlliflərin) S.A.A. –nı azərbaycan, rus və ya ingilis dillərində; İş yeri, vəzifəsi, elmi adı və elmi dərəcəsi, əlaqə yaratmaq üçün ünvanı, telefonu, faks və e-mail ünvanı. Ərizədə bölmənin adını da qeyd etmək məqsədəuyğundur.
 
2. Əlaqə yaratmaq üçün məsul olan məruzənin müəllifinin ünvanı və S.A.A.-sı.
3. Göstərilən qaydalara uyğun tərtib olunmuş məruzə mətni ilə AzTU-nun saytında yerləşdirilən müvafiq fayllar vasitəsilə tanış olmaq olar.
Qaydalara uyğun tərtib olunmayan məruzələr qəbul edilməyəcək.
Məruzənin qəbulu və ya qəbul olunmaması haqqında cavabı aldıqdan sonra müəlliflər bütün müəlliflər tərəfindən imzalanmış olan və konfransın işçi dillərindən birində məruzə mətninin 5 səhifəyə qədər həcmi olan  surətini (1 nüsxə) və materialın açıq mətbuatda çap olunması barədə ekspert rəyini göndərməlidirlər.
 
Qeyd edək ki, iyulun 15-si məruzələrin elektron versiyasının  və ekspert rəyinin təqdim edilməsinin son tarixi olaraq müəyyən olunub. Məruzənin qəbul edilib-edilməməsi barədə təşkilat komitəsinin cavabı 30 iyuladək açıqlanacaq.  Konfransın proqramı oktyabrın 15-dək göndəriləcək.
 
CAHANGİR
 
 



Baxış sayı: 1189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024