12px13px15px17px
Tarix:14/04/14

2014-cü ildə internet reklamı bazarının həcmi 120 milyard dolları ötəcək

“ZenithOptiMedia” agentliyi analitiklərinin qiymətləndirməsinə əsasən, cari ildə qlobal internet reklamı bazarının həcmi 537 milyard dollara çatacaq. Bu proqnoz özünü doğrultsa, 2013-cü illə müqayisədə artım 5,5 faiz təşkil edəcək: ötən il müxtəlif növ reklama ümumilikdə 509 milyard dollar xərclənib.
Şirkət analitiklərinin proqnozlarına görə, bu il avrozonada reklam xərcləri 69 milyard dollardan 70 milyard dollaradək yüksələcək. Qeyd edildiyinə görə, bu regionda yüksəliş 2010-cu ildən müşahidə olunmayıb. ABŞ-da bazarın həcminin 167 milyard dollardan 176 milyard dollaradək artacağı gözlənilir.

2013-cü ildə ən böyük reklam seqmenti 40,1 faizlik payla televiziya olaraq qalıb. Qlobal bazarda internet reklamının (mobil seqment nəzərə alınmaqla) payı 20,8 faiz təşkil edib. Sonrakı yerdə 16,9 faizlə qəzetlər qərarlaşıb.  

Cari ildə internet reklamının bazar payının 22 faizə - 121 milyard dollara bərabər olacağı proqnozlaşdırılır. 2016-cı ilədək internet reklamının payı 27,1 faizədək artacaq. Bu, mobil qurğuların artmaqda olan nüfuzetməsi sayəsində mümkün olacaq: 2016-cı ildə müvafiq seqmentdə reklam xərcləri 2013-cü ildəki 2, 7 faizdən 7,6 faizədək və ya 13,4 milyard dollardan 45 milyard dollaradək artacaq.   

2013-cü ildə ən böyük reklam bazarı ölkələri ABŞ (167,3 milyard dollar), Yaponiya (53,0 milyard dollar), Çin (41,0 milyard dollar), Almaniya (23,2 milyard dollar) və Böyük Britaniya (20,4 milyard dollar) olub. Proqnozlara görə, 2016-cı ildə ilk beşlikdə ABŞ (191,4 milyard dollar), Çin (57,4 milyard dollar), Yaponiya (56,3 milyard dollar), Almaniya (24,1 milyard dollar) və Böyük Britaniya (23,9 milyard dollar) yer alacaq, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024