12px13px15px17px
Tarix:14/04/14

“Gartner”: “2013-cü ildə dünya mikroelektronika bazarı 5 faiz artıb”

2013-cü ildə dünya mikroelektronika komponentləri bazarının həcmi 5 faiz artaraq 315 milyard dollar təşkil edib.

Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir. Dünyanın 25 nəhəng şirkətinin ümumi satış həcmi 6,9 faiz artdığı halda bazarın digər iştirakçıları ümumilikdə 0,9 faizlik artım nümayiş etdiriblər. Şirkət analitikləri qeyd edirlər ki, liderlər siyahısının əsas hissəsini yaddaş sxemi istehsalçıları tutub, 2013-cü ildə yaddaş bazarının həcmi 23,5 faiz artıb. Analitiklər yaddaş sxeminin satış həcminin yüksəlməsini tələbatın artması ilə deyil, istehsal artımının yetərli olmaması və bunun nəticəsində qiymət artımı ilə əlaqələndirirlər.
 
Mikroelektronika komponentləri istehsalçıları siyahısında birinciliyini qoruyan "Intel” şirkəti fərdi kompüterlərə tələbatın azalması ilə əlaqədar olaraq ardıcıl ikinci ildir satış həcmini yüksəltməyə nail ola bilmir. Bununla belə, ABŞ istehsalçısı bazar payında (15,4 faiz) ikinci yerdə qərarlaşan və 2002-ci ildən payını təxminən iki dəfə artıran, 2013-cü ildə isə satış həcmini daha 7 faiz artıran Cənubi Koreyanın “Samsung Electronics” şirkətini (9,7 faiz) xeyli üstələyir. Smartfon və mobil “LTE” şəbəkələri üçün smartfonlar bazarında liderlik edən "Qualcomm” şirkəti satışı 30,6 faiz artıraraq siyahıda üçüncü yeri tutub. Ondan sonrakı yerdə 40,8 faizlik artım nümayiş etdirən və ilk dəfə liderlər beşliyinə daxil olan "SK Hynix” şirkəti qərarlaşıb. Bundan əlavə, “Micron Technology” şirkəti “Elpida Memory” istehsalçısı ilə birləşməsi sayəsində satış həcmində 72,3 faizlik artım nümayiş etdirib, - “Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024