Tarix:14/04/14
Azərbaycanın yerli şirkətləri üçün belə bir fürsəti məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı (YT Park) yaradır.
Parkın mart ayından etibarən start verdiyi təlim kurslarında dünya səviyyəli peşəkar, Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors uğurlu biznesin sirlərini iştirakçılarla paylaşır.
Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil edilən silsilə təlim kurslarının budəfəki mövzusu "İddialı satış və idarəetmə komandalarının qurulması"na həsr edilib. Aprelin 14-dən başlayan kursun açılış mərasimində iştirak edən Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev iştirakçılara prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri haqda məlumat verib.
Parkın əsas məqsədinin İKT sahəsində davamlı inkişafın və rəqabətli mühitin yaradılması, həmçinin sektorun dinamik inkişafının təmin edilməsi, elm və innovativ texnologiyalar sahələrində rəqabətli bazarın formalaşdırılması, eyni zamanda innovativ startuplara müvafiq dəstəyin göstərilməsi olduğuna diqqət çəkən YT Park direktoru bu baxımdan, keçirilən silsilə kursların iştirakçılar üçün faydalı olacağını bildirib.
Daha sonra təqdimata başlayan Ken Mors sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin formalaşması, etimadlılıq, qlobal satış və satış menecmenti, startaplarda satışların əsas rolu, qlobal oyunçular üçün satış, müştəri emalı, satışın qurulması və idarə edilməsi, alıcı etibarının qazanılması yollarından, həmçinin müştəri-satıcı münasibətlərinin formalaşması üçün əhəmiyyətli olan digər mərhələlərdən söz açıb. Birinci təlimdə olduğu kimi, bu tədbirdə də iştirakçılarla fəal dialoqa üstünlük verən Mors təlimin ilk gününü qızğın diskussiyalarla davam etdirib. Aprelin 15-də başa çatacaq təlimin sonunda iştirakçıların münsiflər heyəti qarşısında çıxışları nəzərdə tutulur. Seçim meyarlarına görə onların arasında ən kreativ olanları seçiləcək.
Qeyd edək ki, növbəti təlimlərin 15-16 may tarixlərində keçirilməsi nəzərdə tutulur. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz startup məhsullarının satışı və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayıb
İnnovativ sahibkarlığa, ümumilikdə bu sahəyə, o cümlədən kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən biri də onlar üçün xüsusi təlimlərin təşkili, bu təlimlərdə təcrübəli mentorlar tərəfindən beynəlxalq təcrübə əsasında verilən əhəmiyyətli tövsiyələrdir.Azərbaycanın yerli şirkətləri üçün belə bir fürsəti məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı (YT Park) yaradır.
Parkın mart ayından etibarən start verdiyi təlim kurslarında dünya səviyyəli peşəkar, Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors uğurlu biznesin sirlərini iştirakçılarla paylaşır.
Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil edilən silsilə təlim kurslarının budəfəki mövzusu "İddialı satış və idarəetmə komandalarının qurulması"na həsr edilib. Aprelin 14-dən başlayan kursun açılış mərasimində iştirak edən Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev iştirakçılara prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri haqda məlumat verib.
Parkın əsas məqsədinin İKT sahəsində davamlı inkişafın və rəqabətli mühitin yaradılması, həmçinin sektorun dinamik inkişafının təmin edilməsi, elm və innovativ texnologiyalar sahələrində rəqabətli bazarın formalaşdırılması, eyni zamanda innovativ startuplara müvafiq dəstəyin göstərilməsi olduğuna diqqət çəkən YT Park direktoru bu baxımdan, keçirilən silsilə kursların iştirakçılar üçün faydalı olacağını bildirib.
Daha sonra təqdimata başlayan Ken Mors sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin formalaşması, etimadlılıq, qlobal satış və satış menecmenti, startaplarda satışların əsas rolu, qlobal oyunçular üçün satış, müştəri emalı, satışın qurulması və idarə edilməsi, alıcı etibarının qazanılması yollarından, həmçinin müştəri-satıcı münasibətlərinin formalaşması üçün əhəmiyyətli olan digər mərhələlərdən söz açıb. Birinci təlimdə olduğu kimi, bu tədbirdə də iştirakçılarla fəal dialoqa üstünlük verən Mors təlimin ilk gününü qızğın diskussiyalarla davam etdirib. Aprelin 15-də başa çatacaq təlimin sonunda iştirakçıların münsiflər heyəti qarşısında çıxışları nəzərdə tutulur. Seçim meyarlarına görə onların arasında ən kreativ olanları seçiləcək.
Qeyd edək ki, növbəti təlimlərin 15-16 may tarixlərində keçirilməsi nəzərdə tutulur. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz startup məhsullarının satışı və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 832
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı