12px13px15px17px
Tarix:14/04/14

Gənclərə sosial şəbəkələrdə düzgün iştirak vərdişləri aşılanacaq

Azərbaycanda “Yeni  media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” mövzusunda layihə həyata keçirilir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda 8 dəfə təlim keçiriləcək.
 
 
Bundan başqa “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda   daha bir təlim təşkil olunacaq.
 
 
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi tərəfindən gerçəkləşən layihə çərçivəsində  “yenimedia.info” adlı  yeni sayt yaradılacaq.
 
Seymur



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024