12px13px15px17px
Tarix:14/04/14

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 684 min manat təşkil edib

Azərbaycanda bu ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artaraq 683,7 min manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 81,7faizini hüquqi, 18,3faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil edib.
 
Bu arada bildirməliyik ki, son bir ayda elektron ticarət dövriyyəsi 34 faizədək, fiziki şəxslərin internet üzərindən alış-verişə olan marağı isə 0,5 faiz artıb.
 
Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024