Tarix:15/04/14
Sazişdə iştirak edən şirkətlər Afrika və Yaxın Şərqin 47 ölkəsində ümumilikdə 79 mobil şəbəkəyə nəzarət edir. Bu, dünyanın ilk belə təşəbbüsü hesab edilir. “Bizi mobil və internet xidmətlərinin qiymətini endirmək, uzaq regionları əhatə etmək istəyən mobil operatorların eyni mövqedən çıxış etməsi ruhlandırır. Hazırda Yaxın Şərq və Afrikada istifadəçilərin yalnız 40 faizi mobil şəbəkələrdən yararlana bilir. Dünyada bu göstərici orta hesabla 47 faiz təşkil edir. Buna görə biz əməkdaşlıq etməli və mobil rabitənin yayılmasına imkan yaratmalıyıq”, - deyə təşəbbüsü şərh edən “GSMA” baş direktoru Anna Byuvro deyib.
Təşəbbüsün əsas məqsədinin uzaq rayonların kənd yerləri sakinlərinə rabitə xidmətlərinin təqdim edilməsi olmasına baxmayaraq layihə operatorlara da bonus gətirəcək. Belə ki, məlumat axını emalı sürəti, rabitə keyfiyyəti, eləcə də seqmentə investisiyaların etibarlığı yüksələcək, orta xərclər isə əksinə, azalacaq.
“Bizim əməkdaşlığımız onu göstərir ki, sənaye kənd yerlərində yaşayan milyardlarla insanı rabitə ilə təmin etmək üçün innovativ həllərə hazırdır. Biz hökumətləri təklif etdiyimiz şəbəkə infrastrukturundan birgə kommersiya istifadəsi haqqında sazişi dəstəkləməyə və təşviq etməyə çağırırıq”, - “Bharti Enterprises” şirkətinin icraçı direktoru Manoy Koli qeyd edib, "CNews www.cnews.ru” - yazır.
Yaxın Şərq və Afrikanın 8 nəhəng operatoru infrastrukturu birləşdirir
Barselonada “Mobile World Congress” konfransında keçirilən ilkin müzakirələrin yekunlarına görə, Yaxın Şərq və Afrika regionunun (MEA) səkkiz nəhəng mobil operatoru şəbəkə infrastrukturundan birgə istifadə üzrə təşəbbüs üzərində işə başladıqlarını elan edib. Layihənin əsasını “GSMA” Mobil Operatorlar Assosiasiyası və səkkiz operator (Bharti Airtel, Etisalat, MTN, Ooredoo, Orange, STC, Vodafone və Zain) arasında imzalanan anlaşma sazişi təşkil edir.Sazişdə iştirak edən şirkətlər Afrika və Yaxın Şərqin 47 ölkəsində ümumilikdə 79 mobil şəbəkəyə nəzarət edir. Bu, dünyanın ilk belə təşəbbüsü hesab edilir. “Bizi mobil və internet xidmətlərinin qiymətini endirmək, uzaq regionları əhatə etmək istəyən mobil operatorların eyni mövqedən çıxış etməsi ruhlandırır. Hazırda Yaxın Şərq və Afrikada istifadəçilərin yalnız 40 faizi mobil şəbəkələrdən yararlana bilir. Dünyada bu göstərici orta hesabla 47 faiz təşkil edir. Buna görə biz əməkdaşlıq etməli və mobil rabitənin yayılmasına imkan yaratmalıyıq”, - deyə təşəbbüsü şərh edən “GSMA” baş direktoru Anna Byuvro deyib.
Təşəbbüsün əsas məqsədinin uzaq rayonların kənd yerləri sakinlərinə rabitə xidmətlərinin təqdim edilməsi olmasına baxmayaraq layihə operatorlara da bonus gətirəcək. Belə ki, məlumat axını emalı sürəti, rabitə keyfiyyəti, eləcə də seqmentə investisiyaların etibarlığı yüksələcək, orta xərclər isə əksinə, azalacaq.
“Bizim əməkdaşlığımız onu göstərir ki, sənaye kənd yerlərində yaşayan milyardlarla insanı rabitə ilə təmin etmək üçün innovativ həllərə hazırdır. Biz hökumətləri təklif etdiyimiz şəbəkə infrastrukturundan birgə kommersiya istifadəsi haqqında sazişi dəstəkləməyə və təşviq etməyə çağırırıq”, - “Bharti Enterprises” şirkətinin icraçı direktoru Manoy Koli qeyd edib, "CNews www.cnews.ru” - yazır.
Baxış sayı: 587
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır