Tarix:15/04/14
Şirkətin Mərkəzi, Cənub-Şərqi Avropa, Rusiya və MDB ölkələrində informasiya təhlükəsizliyi məhsulları üzrə biznes-meneceri Mirko Şnayderin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günlərdə Bakıda məhz bu sahədə əməkdaşlıq məsələlərinə həsr olunmuş “HP” şirkətinin tərəfdaşları ilə görüş keçirilib.
“HP şirkəti informasiya təhlükəsizliyi üzrə geniş çeşiddə məhsullar təqdim edir və Azərbaycan bazarında artıq bu istiqamət üzrə ötən ildən etibarən aktiv fəaliyyət göstərir. Bu günlərdə keçirilən görüşün məqsədi mövcud olan tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsi və yeni tərəfdaşlarla iş birliyi yaratmaq idi. Biz artıq ən son informasiya təhlükəsizliyi həllərimizin yerli bazarda tətbiqinə başlamışıq. Biz əsasən yerli bazara əlavə proqramların mühafizəsi üçün risklərin proaktiv qabağını alma sistemi olan “HP Fortify” təqdim edirik. Bu platforma bütün dünyada əlavə proqramların təhlükəsizliyinin təmin edilməsi (Software Security Assurance, SSA) sahəsində geniş istifadə edilir. Bu gün haker hücumlarının əksəriyyəti birbaşa əlavələr üzərindən edilir və buna görə də hazırda əsas məsələ ilkin kodun təhlükəsizliyini onları açdıqdan sonra deyil, əlavə proqramlar tərtib edilən zaman təmin etməkdir. Bundan başqa, biz “HP ArcSight” platformasını təqdim edirik, hansı ki, risklərin analizini həyata keçirir və mümkün ola biləcək insidentlərin operativ qarşısını almaq üçün nəzərdə tutulub”,- deyə Mirko Şnayder bildirib.
M. Şnayderin sözlərinə əsasən, “HP” şirkəti son illər aktiv şəkildə Rusiya və Ukraynada iş aparıb, lakin Azərbaycan bazarına bu günədək yetərli diqqət göstərilməyib.
“Bunu nəzərə alaraq biz hazırda yerli bazarda mövqelərimizi möhkəmləndirməyi planlaşdırırıq. Azərbaycanın bank və telekommunikasiya sektorunda maraqlı layihələr var və biz burada informasiya təhlükəsizliyi üzrə həllərimizi uğurla tətbiq edə bilərik. Hakerlərin əsas hədəfləri banklar və dövlət strukturlarıdır. Bu baxımdan, bu strukturların informasiya təhlükəsizliyinin təmin edilməsi ən əsas məsələlərdən biridir” - deyə o qeyd edib.
Dünya bazarında növbəti illər ərzində ümumi tendensiyalar haqda bəhs edən M. Şnayder bildirib ki, “HP” və digər vendorlar artıq hakerlərin aktivliyinin qarşısını almağın qeyri-mümkün olduğunu, onların hücumlar nəticəsində böyük məbləğdə vəsaitlər əldə etdiklərini və bunun qarşısını almaq üçün yeni innovasiyalara vəsaitlərin ayrılmasının tələb olunduğunu anlayıblar. Buna görə də, növbəti mərhələdə yaxın illər ərzində informasiya təhlükəsizliyi bazarının iştirakçılarının əsas fəaliyyəti onlarla bir mühitdə yaşamağı öyrənməkdir.
“Biz bilməliyik ki, hakerlər ətraf mühitdə, infrastrukturda mövcuddurlar və ziyanverici kodların hücumundan qaçmaq, demək olar ki, mümkün deyil. Bizim bugünkü çağırışımızın əsas qayəsi bu riski dərk edərək, riskin operativ şəkildə qarşısını almaqdan ibarətdir. Hər bir şirkət öz infrastrukturunda riskləri qiymətləndirməli və təhdidlərdən necə mühafizə olunmağı, bu təhdidləri öncədən analiz etməyi və onlara operativ reaksiya verməyi bacarmalıdır ki, böyük itkilərin qarşısını ala bilsin”,- M. Şnayder deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda əlavə proqramların təhlükəsizliyinin təmin edilməsi Qərbi Avropa ölkələri ilə müqayisədə zəif təmin edilib. Bununla belə, o hesab edir ki, son zamanlar ölkəmizdə bu sahəyə olan diqqət daha da artırılıb. “Mərkəzi və Şərqi Avropa regionunda ümumiyyətlə proqram təminatı ilə bağlı risklərin qarşısının alınması məsələsinin həllində sistemli yanaşmaya ehtiyac var. Bizim informasiya təhlükəsizlyini təmin edə biləcək həllərimiz var, onların arasında “HP Arcsight”, “HP TippingPoint Next Generation Firewall (NGFW)” və “HP TippingPoint Next Generation Intrusion Prevention System (NGIPS)”, “HP Fortify” və son zamanlar artıq yerli bazarda bu həllərə maraq artmağa başlayıb”, - M. Şnayder qeyd edib.
Aynur Vəliyeva
“Hewlett Packard”: “Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə maraq artır”
“Hewlett Packard” şirkəti Azərbaycan bazarına ən son informasiya təhlükəsizliyi məhsullarını təqdim etmək niyyətindədir.Şirkətin Mərkəzi, Cənub-Şərqi Avropa, Rusiya və MDB ölkələrində informasiya təhlükəsizliyi məhsulları üzrə biznes-meneceri Mirko Şnayderin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günlərdə Bakıda məhz bu sahədə əməkdaşlıq məsələlərinə həsr olunmuş “HP” şirkətinin tərəfdaşları ilə görüş keçirilib.
“HP şirkəti informasiya təhlükəsizliyi üzrə geniş çeşiddə məhsullar təqdim edir və Azərbaycan bazarında artıq bu istiqamət üzrə ötən ildən etibarən aktiv fəaliyyət göstərir. Bu günlərdə keçirilən görüşün məqsədi mövcud olan tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsi və yeni tərəfdaşlarla iş birliyi yaratmaq idi. Biz artıq ən son informasiya təhlükəsizliyi həllərimizin yerli bazarda tətbiqinə başlamışıq. Biz əsasən yerli bazara əlavə proqramların mühafizəsi üçün risklərin proaktiv qabağını alma sistemi olan “HP Fortify” təqdim edirik. Bu platforma bütün dünyada əlavə proqramların təhlükəsizliyinin təmin edilməsi (Software Security Assurance, SSA) sahəsində geniş istifadə edilir. Bu gün haker hücumlarının əksəriyyəti birbaşa əlavələr üzərindən edilir və buna görə də hazırda əsas məsələ ilkin kodun təhlükəsizliyini onları açdıqdan sonra deyil, əlavə proqramlar tərtib edilən zaman təmin etməkdir. Bundan başqa, biz “HP ArcSight” platformasını təqdim edirik, hansı ki, risklərin analizini həyata keçirir və mümkün ola biləcək insidentlərin operativ qarşısını almaq üçün nəzərdə tutulub”,- deyə Mirko Şnayder bildirib.
M. Şnayderin sözlərinə əsasən, “HP” şirkəti son illər aktiv şəkildə Rusiya və Ukraynada iş aparıb, lakin Azərbaycan bazarına bu günədək yetərli diqqət göstərilməyib.
“Bunu nəzərə alaraq biz hazırda yerli bazarda mövqelərimizi möhkəmləndirməyi planlaşdırırıq. Azərbaycanın bank və telekommunikasiya sektorunda maraqlı layihələr var və biz burada informasiya təhlükəsizliyi üzrə həllərimizi uğurla tətbiq edə bilərik. Hakerlərin əsas hədəfləri banklar və dövlət strukturlarıdır. Bu baxımdan, bu strukturların informasiya təhlükəsizliyinin təmin edilməsi ən əsas məsələlərdən biridir” - deyə o qeyd edib.
Dünya bazarında növbəti illər ərzində ümumi tendensiyalar haqda bəhs edən M. Şnayder bildirib ki, “HP” və digər vendorlar artıq hakerlərin aktivliyinin qarşısını almağın qeyri-mümkün olduğunu, onların hücumlar nəticəsində böyük məbləğdə vəsaitlər əldə etdiklərini və bunun qarşısını almaq üçün yeni innovasiyalara vəsaitlərin ayrılmasının tələb olunduğunu anlayıblar. Buna görə də, növbəti mərhələdə yaxın illər ərzində informasiya təhlükəsizliyi bazarının iştirakçılarının əsas fəaliyyəti onlarla bir mühitdə yaşamağı öyrənməkdir.
“Biz bilməliyik ki, hakerlər ətraf mühitdə, infrastrukturda mövcuddurlar və ziyanverici kodların hücumundan qaçmaq, demək olar ki, mümkün deyil. Bizim bugünkü çağırışımızın əsas qayəsi bu riski dərk edərək, riskin operativ şəkildə qarşısını almaqdan ibarətdir. Hər bir şirkət öz infrastrukturunda riskləri qiymətləndirməli və təhdidlərdən necə mühafizə olunmağı, bu təhdidləri öncədən analiz etməyi və onlara operativ reaksiya verməyi bacarmalıdır ki, böyük itkilərin qarşısını ala bilsin”,- M. Şnayder deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda əlavə proqramların təhlükəsizliyinin təmin edilməsi Qərbi Avropa ölkələri ilə müqayisədə zəif təmin edilib. Bununla belə, o hesab edir ki, son zamanlar ölkəmizdə bu sahəyə olan diqqət daha da artırılıb. “Mərkəzi və Şərqi Avropa regionunda ümumiyyətlə proqram təminatı ilə bağlı risklərin qarşısının alınması məsələsinin həllində sistemli yanaşmaya ehtiyac var. Bizim informasiya təhlükəsizlyini təmin edə biləcək həllərimiz var, onların arasında “HP Arcsight”, “HP TippingPoint Next Generation Firewall (NGFW)” və “HP TippingPoint Next Generation Intrusion Prevention System (NGIPS)”, “HP Fortify” və son zamanlar artıq yerli bazarda bu həllərə maraq artmağa başlayıb”, - M. Şnayder qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 1181
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı