12px13px15px17px
Tarix:15/04/14

“MilliÖN” şəbəkəsində daha 5 bankın ödənişi qəbul ediləcək

“Komtec” şirkəti “MilliÖN” ödəmə köşklərində qəbul etdiyi bank xidmətlərinin ödənişlərini genişləndirir.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda “MilliÖN” ödəmə köşklərində 90 müəssisə və təşkilatın ödənişləri qəbul edilir.

“Hazırda Azərbaycanda fəaliyyət göstərən 15 bank və qeyri-bank kredit təşkilatının xidmət ödənişləri “MilliÖN” ödəmə köşklərində qəbul edilir. Yaxın zamanda sistemə daha 5 bankın qoşulması gözlənilir. Belə ki, 2 ay ərzində sistemə artıq “AFB Bank”, “Avrasiya Bank”ı, “Rabitəbank”, “ASB Bank”, “ATA Bank” da qoşulacaq”,-  deyə şirkətdə bildiriblər.

“MilliÖN” şəbəkəsinin əsas məqsədi dərhal, rahat və yüksək keyfiyyətli ictimai xidmətlərin platformasının yaradılmasıdır.

“MilliÖN” vasitəsilə vətəndaşlar mobil və sabit telefon şəbəkəsi üzrə, kommunal ödənişlər, internet və kabel TV və bank xidmətlərinin ödənişlərinin ödəyə bilərlər.
Ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakı şəhərinin dəmiryol stansiyalarında və digər Azərbaycan şəhərlərində yerləşir.


Aynur Vəliyeva
 




Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024