12px13px15px17px
Tarix:15/04/14

“İçərişəhər” nəzarət-qeydiyyat və videomüşahidə sistemlərinə texniki xidmət üzrə kotirovka sorğusu elan edib

Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti   kotirovka sorğusu elan edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, sorğu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisinə daxil olan avtomobillərə giriş və çıxışlarda nəzarət-qeydiyyat və videomüşahidə sistemlərinə texniki xidmət, profilaktika-təmir və montaj-demontaj işlərinin aparılması üzrə xidmətlərin  satın alınmasını nəzərdə tutur.  

İddiaçı şirkətlər əlavə məlumatı (012) 492-24-27 telefon nömrəsinə müraciət edərək ala bilər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər aprelin 17-dək İçərişəhər, 9-cu Maqomayev dön. 6 ünvanında qəbul edilir.
 
Aynur Vəliyeva


 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024