12px13px15px17px
Tarix:18/08/11

“Windows"ın yeni versiyası şəxsi internet mağazasına malik olacaq (VIDEO)

“Microsoft” şirkətindən çoxdan bildirmişdilər ki, "Windows "ın yeni versiyası şəxsi internet mağazasına malik olacaq. Həmin mağaza “Microsoft Store” adlandırılır. Korporativ bloqda “Windows” bölməsinin rəhbəri Stiven Sinofski təsdiq edib ki, əməliyyat sistemi həqiqətən proqramların onlayn kataloquna malik olacaq və bu mağaza “App Store” adlanacaq. Maraqlıdır ki, hələ yazda şəbəkədə “Windows 8”-in “App Store” ilə olan ekran görüntüləri çıxmışdı:
Bu dəfə “App Store” haqqında rəsmi məlumat verilib. “Windows 8”-in müxtəlif funksiyaları üzərində işləyən komandaları sadalayan Stiven Sinofski “App Store” bölməsindən də bəhs edib.

Qeyd edək ki, “Apple” şirkəti öz məhsullarını “App Store” mağazalar şəbəkəsində satır. Maraqlıdır ki, “Microsoft” şirkəti ilin əvvəlində ABŞ-ın patent şöbəsindən “App Store” termininin xüsusi istifadə hüquqlarını “Apple” şirkətinin adına yazmamağı tələb edib. Dünyada ən böyük proqram təminatı istehsalçısının hüquqşünasları təkid edirlər ki, bu söz, ümumi anlayışdır və “proqram mağazası” anlayışını ifadə edir.


www.onliner.by






Baxış sayı: 1451

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024