Tarix:16/04/14
İki gün ərzində 32 ölkənin 68 aeroportunda saxta və ya oğurlanmış ödəniş kartlarından istifadə etməklə 265 şübhəli tranzaksiya qeydə alınıb. Nəticədə polis 113 nəfəri saxlayıb və şübhəli bilinən 70 fırıldaqçını həbs edib. Həbs və saxlanmaların həyata keçirildiyi ölkələr arasında Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kolumbiya, Kipr, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və İsveç yer alıb.
Aviabiletin alınması və reys üçün eniş arasında ötən bir neçə saat ərzində fırıldaqçılar bileti almağa və ondan istifadə etməyə nail olurlar. Lakin aprelin 8-9-da hüquq-mühafizə orqanları belə sövdələşmələri real vaxt rejimində qeydə alıb və onlarla şirkətin işini koordinasiya etməklə sifarişçiləri dərhal hava limanında, təyyarəyə minən və ya təyinat məntəqəsinə çatan zaman həbs ediblər.
“Avropol”a bu işdə həmçinin çoxlu kommersiya şirkətləri – aviaşirkətlər, turist agentlikləri və ödəniş sistemləri lazımi informasiyanı təqdim etməklə yardımçı olublar. Ümumilikdə 35 şirkət əməliyyata cəlb olunub.
“Avropol”un məlumatında deyilir ki, həbs olunan vətəndaşların əksəriyyəti oğurluq, fırıldaqçılıq, qeyri-qanuni miqrasiya, narkotiklərin yayılması kimi çoxlu digər cinayətlərdə də təqsirli bilinirlər. Bundan başqa, həyata keçirilən əməliyyat ödəniş kartları fırıldaqçılığının dünyada necə populyar olmasını bir daha nümayiş etdirib. Hər gün dünyada saxta və ya oğurluq kartları ilə yüzlərlə aviabilet satılır, - “Xaker www.xakep.ru” yazır.
“Avropol” aviabilet fırıldaqçılarına qarşı böyük əməliyyat keçirib
Aprelin 8-9-da dünyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre), ABŞ Məxfi Xidmətinin və digər təşkilatların dəstəyi ilə onlayn fırıldaqçılıq və qeyri-qanuni miqrasiyaya qarşı tarixdə ən böyük əməliyyat keçiriblər. Əməliyyat aylarla davam edən planlaşdırma və hazırlıqdan sonra baş tutub.İki gün ərzində 32 ölkənin 68 aeroportunda saxta və ya oğurlanmış ödəniş kartlarından istifadə etməklə 265 şübhəli tranzaksiya qeydə alınıb. Nəticədə polis 113 nəfəri saxlayıb və şübhəli bilinən 70 fırıldaqçını həbs edib. Həbs və saxlanmaların həyata keçirildiyi ölkələr arasında Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kolumbiya, Kipr, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və İsveç yer alıb.
Aviabiletin alınması və reys üçün eniş arasında ötən bir neçə saat ərzində fırıldaqçılar bileti almağa və ondan istifadə etməyə nail olurlar. Lakin aprelin 8-9-da hüquq-mühafizə orqanları belə sövdələşmələri real vaxt rejimində qeydə alıb və onlarla şirkətin işini koordinasiya etməklə sifarişçiləri dərhal hava limanında, təyyarəyə minən və ya təyinat məntəqəsinə çatan zaman həbs ediblər.
“Avropol”a bu işdə həmçinin çoxlu kommersiya şirkətləri – aviaşirkətlər, turist agentlikləri və ödəniş sistemləri lazımi informasiyanı təqdim etməklə yardımçı olublar. Ümumilikdə 35 şirkət əməliyyata cəlb olunub.
“Avropol”un məlumatında deyilir ki, həbs olunan vətəndaşların əksəriyyəti oğurluq, fırıldaqçılıq, qeyri-qanuni miqrasiya, narkotiklərin yayılması kimi çoxlu digər cinayətlərdə də təqsirli bilinirlər. Bundan başqa, həyata keçirilən əməliyyat ödəniş kartları fırıldaqçılığının dünyada necə populyar olmasını bir daha nümayiş etdirib. Hər gün dünyada saxta və ya oğurluq kartları ilə yüzlərlə aviabilet satılır, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib