12px13px15px17px
Tarix:16/04/14

Yeni oyun rekormeni müəyyənləşib

Bloqqer Patrik Skott Patterson xəbər verib ki, Ohayo ştatının sakini Con Solter arkada oyun avtomatında oynayan zaman iki dünya rekorduna birdən imza atıb.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, birincisi, Solter oyun avtomatlarının birində oyun müddətinə görə dünya rekordunu təzələyib. Belə ki, o, aprelin 9-da “Armor Attack” avtomatında oyuna başlayaraq yalnız aprelin 12-si axşam oyunu bitirib, yəni Solter 85 saat 16 dəqiqə oyun oynayıb. Bu göstərici əvvəlki rekorddan 28 dəqiqə çoxdur.
 
İkincisi, Solter topladığı xalların sayına görə yeni dünya rekorduna imza atıb. O, 85 saat ərzində 2211990 xal toplayıb ki, bu da 1982-ci ilin (2009000 xal) rekordunu ötüb.
Yorğunluğu çıxartmaq üçün Solter hər 8-10 saatdan bir yuxu üçün kiçik fasilə götürüb. O, istirahət etdikdə oyun davam edib, çünki rekordçu bonus imkanlardan istifadə edib.
 
Emil Hüseynov
 



Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024