12px13px15px17px
Tarix:16/04/14

Rumıniyada ölkəmizdə həyata keçirilən “Elektron hökumət” quruculuğundan danışılıb

Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli platforma nəzdində yaradılmış Dövlət Qulluğu İslahatları Panelinin növbəti işçi görüşü keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, görüşdə komissiyanın nümayəndələri iştirak ediblər.
 
İşçi görüşün məqsədi ötən 3 il ərzində Panel çərçivəsində görülmüş tədbirlərin və əldə edilmiş nəticələrin, eləcə də növbəti üç il üzrə fəaliyyət planının tərtib edilməsi üçün təkliflərin müzakirəsi olub.
 
Tədbirdə komissiyanın əməkdaşları keçən 3 il ərzində Dövlət Qulluğu İslahatları Panelinin 1-ci (“Dövlət qulluğu qanunvericiliyi və dövlət qulluğuna qəbul qaydaları”) və 4-cü (“Elektron hökumət”) sahələri üzrə Azərbaycanda görülmüş işlər barədə iştirakçılara məlumat veriblər.
 
Qeyd edək ki, tədbirdə Azərbaycanla yanaşı, Aİ Şərq Tərəfdaşlığının digər üzv dövlətləri – Gürcüstan, Moldova, Ukrayna, Belarus, Fransa, Almaniya, Estoniya, Litva, Latviya, Finlandiya, Rumıniya, Polşa, Çex Respublikası və başqa dövlətlərin, eləcə də QHT və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
 
CAHANGİR
 



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024