Tarix:17/04/14
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə mərkəzin Elmi Tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
O bildirib ki, indiyə qədər partlayıcı maddələr, bioloji və kimyəvi təhlükəli materialların uzaq məsafədən aşkar edilməsi məqsədilə istifadə olunan "Si" və "İnGaAs" əsaslı detektorlar çox kiçik dalğa uzunluğu diapazonunda çalışıb, yaxud da bu məqsədlə üzərinə əlavə filtrlər birləşdirmək lazım gələn geniş diapazonlu kameralar istifadə olunub. Bunlar da böyük sahə tələb edir. R.Cabbarovun sözlərinə görə, bu isə təhlükəsizlik üçün nəzərdə tutulan bir qurğu üçün məqsədəuyğun sayılmır: "Bizim təklif etdiyimiz və üzərində hazırda tədqiqat işləri apardığımız "Ge" və "Si" əsaslı ikizolaqlı sensorlar eyni zamanda həm görünən (VİS), həm də yaxın infraqırmızı (NİR) dalğa diapazonlarında görüntünü qeydə almaq və hətta onun analizini də aparmaq imkanına malik olacaqdır".
R.Cabbarov qeyd edib ki, "chip" texnologiyasına əsaslanan bu yığcam, çox kiçikhəcmli, ikiölçülü (2D) və ikizolaqlı sensor çoxqat "Ge" və "Si" fotodetektorlarından ibarət mürəkkəb nanoheterostrukturlar matrisasıdır: "Bu sensorlar təhlükə obyektini nəinki açıq havada, hətta dumanlı, qatı tüstülü, yağışlı, qarlı, qaranlıq şəraitlərdə görüntüləmək (aşkarlamaq ) və analiz etmək imkanına malik olacaqdır".
Seymur Qasımbəyli
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yeni texnologiya üzərində işləyir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi "Təhlükəsizlik məqsədləri üçün "Germanium/Silisium" əsaslı ikizolaqlı görüntü sensorları" layihəsi üzərində işə başlayıb.Bu barədə "ICTnews" elektron xəbər xidmətinə mərkəzin Elmi Tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
O bildirib ki, indiyə qədər partlayıcı maddələr, bioloji və kimyəvi təhlükəli materialların uzaq məsafədən aşkar edilməsi məqsədilə istifadə olunan "Si" və "İnGaAs" əsaslı detektorlar çox kiçik dalğa uzunluğu diapazonunda çalışıb, yaxud da bu məqsədlə üzərinə əlavə filtrlər birləşdirmək lazım gələn geniş diapazonlu kameralar istifadə olunub. Bunlar da böyük sahə tələb edir. R.Cabbarovun sözlərinə görə, bu isə təhlükəsizlik üçün nəzərdə tutulan bir qurğu üçün məqsədəuyğun sayılmır: "Bizim təklif etdiyimiz və üzərində hazırda tədqiqat işləri apardığımız "Ge" və "Si" əsaslı ikizolaqlı sensorlar eyni zamanda həm görünən (VİS), həm də yaxın infraqırmızı (NİR) dalğa diapazonlarında görüntünü qeydə almaq və hətta onun analizini də aparmaq imkanına malik olacaqdır".
R.Cabbarov qeyd edib ki, "chip" texnologiyasına əsaslanan bu yığcam, çox kiçikhəcmli, ikiölçülü (2D) və ikizolaqlı sensor çoxqat "Ge" və "Si" fotodetektorlarından ibarət mürəkkəb nanoheterostrukturlar matrisasıdır: "Bu sensorlar təhlükə obyektini nəinki açıq havada, hətta dumanlı, qatı tüstülü, yağışlı, qarlı, qaranlıq şəraitlərdə görüntüləmək (aşkarlamaq ) və analiz etmək imkanına malik olacaqdır".
Seymur Qasımbəyli
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı