Tarix:17/04/14
“DARPA” pilotsuz uçan aparatları yüksəksürətli simsiz internetə çıxış nöqtələri kimi istifadə etmək üçün hazırlayır. Agentlik artıq aparatların ilk sınaqlarını başa çatdırıb. Texnologiyadan əsasən ucqar ərazilərdə yerləşən hərbi hissələrin internetə çıxışının təmini üçün istifadə olunacağı nəzərdə tutulur.
Texnologiyanın işlənməsi prosesində əsas çətinlik idarə olunan antenaların və güclü radiogücləndiricilərin yaradılmasında olub. Qurğular pilotsuz uçan aparatlarda quraşdırılacaq ki, onların da köməyi ilə “DARPA” adətən müşahidələr aparır.
Ucqar ərazilərin internetlə təmin edilməsi üzrə layihəyə 2012-ci ildə start verilib. 2014-cü ilin martında texnologiyanın hazırlanmasının ikinci mərhələsi başlayıb. İkinci fazada simsiz internetə çıxış nöqtələri yerüstü nəqliyyat vasitələrində quraşdırılacaq. Layihənin sonuncu - üçüncü və dördüncü mərhələsində aparatların sınaqları keçiriləcək, - "theRunet www.therunet.com” yazır.
ABŞ Müdafiə Nazirliyi interneti çatdırmaq üçün pilotsuz uçan aparatlardan istifadə edəcək
ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) internetin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır.“DARPA” pilotsuz uçan aparatları yüksəksürətli simsiz internetə çıxış nöqtələri kimi istifadə etmək üçün hazırlayır. Agentlik artıq aparatların ilk sınaqlarını başa çatdırıb. Texnologiyadan əsasən ucqar ərazilərdə yerləşən hərbi hissələrin internetə çıxışının təmini üçün istifadə olunacağı nəzərdə tutulur.
Texnologiyanın işlənməsi prosesində əsas çətinlik idarə olunan antenaların və güclü radiogücləndiricilərin yaradılmasında olub. Qurğular pilotsuz uçan aparatlarda quraşdırılacaq ki, onların da köməyi ilə “DARPA” adətən müşahidələr aparır.
Ucqar ərazilərin internetlə təmin edilməsi üzrə layihəyə 2012-ci ildə start verilib. 2014-cü ilin martında texnologiyanın hazırlanmasının ikinci mərhələsi başlayıb. İkinci fazada simsiz internetə çıxış nöqtələri yerüstü nəqliyyat vasitələrində quraşdırılacaq. Layihənin sonuncu - üçüncü və dördüncü mərhələsində aparatların sınaqları keçiriləcək, - "theRunet www.therunet.com” yazır.
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib