Tarix:17/04/14
Şirkətin satış üzrə Baş müdiri Leyla Nəsrullayevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Azerfon" şəbəkəsini tərk edən abunəçilərin sayı şəbəkəyə qoşulan abunəçilərin sayı ilə, demək olar ki, eyni olub.
"Lakin deməliyəm ki, ötən ilin nəticələrinə əsasən bizim şəbəkəmizdə 25% artım müşahidə olunub və bu tendensiya bu il də saxlanılır. MND sisteminin tətbiqi nəticəsində fərdi istifadəçilər seqmentində rəqabət müşahidə olunmayıb, lakin korporativ istifadəçilər üzərində rəqabət aktivləşib. Bu seqmentdə bizim gözləntilərimiz reallaşıb", - deyə o bildirib.
Ümumilikdə MND-nin tətbiqinin nəticələrini şərh edərək L. Nəsrullayeva qeyd edib ki, Avropa ölkələrində, qonşu ölkələrdə bu sistemin tətbiqi eyni effektə malik olub. Yəni sadə istifadəçilərin bir çoxu sistem tətbiq edilənədək artıq bütün operatorların sim kartlarını alaraq istifadə ediblər, onlar özləri üçün ən sərfəlisini müəyyən edərək nömrə daşıma xidməti təqdim edildikdə ona böyük maraq göstərməyiblər.
Aynur Vəliyeva
“Azerfon” MND-nin tətbiqi nəticəsində korporativ istifadəçi seqmentində rəqabətin güclənməsini müşahidə edib
"Azerfon" şirkəti Mobil nömrələrin daşınması (MND) sisteminin tətbiqi nəticəsində şəbəkəsinin istifadəçilərinin sayında əhəmiyyətli dəyişiklik müşahidə etməyib.Şirkətin satış üzrə Baş müdiri Leyla Nəsrullayevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Azerfon" şəbəkəsini tərk edən abunəçilərin sayı şəbəkəyə qoşulan abunəçilərin sayı ilə, demək olar ki, eyni olub.
"Lakin deməliyəm ki, ötən ilin nəticələrinə əsasən bizim şəbəkəmizdə 25% artım müşahidə olunub və bu tendensiya bu il də saxlanılır. MND sisteminin tətbiqi nəticəsində fərdi istifadəçilər seqmentində rəqabət müşahidə olunmayıb, lakin korporativ istifadəçilər üzərində rəqabət aktivləşib. Bu seqmentdə bizim gözləntilərimiz reallaşıb", - deyə o bildirib.
Ümumilikdə MND-nin tətbiqinin nəticələrini şərh edərək L. Nəsrullayeva qeyd edib ki, Avropa ölkələrində, qonşu ölkələrdə bu sistemin tətbiqi eyni effektə malik olub. Yəni sadə istifadəçilərin bir çoxu sistem tətbiq edilənədək artıq bütün operatorların sim kartlarını alaraq istifadə ediblər, onlar özləri üçün ən sərfəlisini müəyyən edərək nömrə daşıma xidməti təqdim edildikdə ona böyük maraq göstərməyiblər.
Aynur Vəliyeva
Baxış sayı: 648
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır