12px13px15px17px
Tarix:17/04/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
 
 
Respublika prezidentinin 07 mart 2014-cü il tarixli sərəncamına diqqət çəkən nazir qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması və fəaliyyət sahəsinin genişləndirilməsi qarşıda böyük vəzifələr müəyyənləşdirib. Ə.Abbasov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, dövlət proqramları və digər hüquqi sənədlərlə nazirliyin qarşısında dayanan mühüm tədbirləri bir daha xatırladaraq, növbəti illərdə sektorun üzərinə düşən vəzifələr, gələcək hədəflərdən söz açıb.
 
 
Daha sonra kollegiya iclasında ilk rüb ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014-cü ilin birinci rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3% artıb. Həmçinin İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1.9% təşkil edib.
 
 
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatdırılıb. 
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
 
 
Kollegiyaya yekun vuran nazir dinamik inkişafın təmin edilməsi məqsədilə qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi, respublika prezidentinin çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi, sahə ilə bağlı müvafiq fərman və sərəncamlar və dövlət proqramlarında RYTN-lə bağlı tədbirlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov  nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, internetin keyfiyyətinin daha da yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, vətəndaşların qarşılaşdıqları problemlərin qısa zamanda həlli istiqamətində zəruri tədbirlərin gücləndirilməsi,  ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarında telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.



Baxış sayı: 2399

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024