12px13px15px17px
Tarix:17/04/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək. Buraya yeni texnologiyalar, o cümlədən, kosmik, nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisindən sülh məqsədləri ilə istifadə edilməsi və s. kimi qabaqcıl elmi istiqamətlər daxildir.
 
Bu fikri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
 Nazir qeyd edib ki, yeni istiqamətlər üzrə iqtisadi sektorun gücləndirilməsi üçün aidiyyəti orqanlarla birgə işlərə başlanılacaq. Onun sözlərinə görə, bu sahədə uğurla icra edilən layihələr, tədbirlər Azərbaycan iqtisadiyyatında innovativ, texnoloji və elmi tutumlu sektorun inkişafına təkan verəcək, eyni zamanda ümumilikdə cəmiyyətin intellektual potensialının artırılmasına xidmət edəcək.
 
 
Qeyd edək ki, dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024