Tarix:17/04/14
Nazir qeyd edib ki, respublikada yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin artıq birinci hissəsi istifadəyə verilib. Hazırda Azərbaycanın 12 bölgəsində tezliklərə avtomatik nəzarət sistemi fəaliyyət göstərir və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə məlumat verilir.
Sərhədyanı ölkələrlə rəqəmli televiziya, radio tezliklərinin artıq bölüşdürüldüyünü deyən nazirin sözlərinə görə, bu proses Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hazırda yalnız Dağlıq Qarabağdan - Şuşadan arabir müdaxilələrin müşahidə olunduğunu deyən Ə.Abbasov onların qarşısının vaxtında alındığını bildirib.
Qeyd edək ki, mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir və avtomatik idarə olunur.
Həqiqət İSABALAYEVA
Azərbaycanda efirin qorunmasında problemlər həll olunub
Bu gün Azərbaycanda efirin qorunmasında artıq böyük problemlər yoxdur. Bu fikri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.Nazir qeyd edib ki, respublikada yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin artıq birinci hissəsi istifadəyə verilib. Hazırda Azərbaycanın 12 bölgəsində tezliklərə avtomatik nəzarət sistemi fəaliyyət göstərir və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə məlumat verilir.
Sərhədyanı ölkələrlə rəqəmli televiziya, radio tezliklərinin artıq bölüşdürüldüyünü deyən nazirin sözlərinə görə, bu proses Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hazırda yalnız Dağlıq Qarabağdan - Şuşadan arabir müdaxilələrin müşahidə olunduğunu deyən Ə.Abbasov onların qarşısının vaxtında alındığını bildirib.
Qeyd edək ki, mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir və avtomatik idarə olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır