12px13px15px17px
Tarix:17/04/14

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb (VİDEO)

Məlum olduğu kimi, martın 30-dan aprelin 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində  Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı keçirilib. Konfransda İKT sahəsinin inkişaf perspektivləri müzakirə olunub.

Konfransda Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ)  üzv olan 168 ölkədən nümayəndə, o cümlədən Azərbaycan rabitə və  yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti  iştirak edib.

Konfransın plenar iclasında BTİ-nin Baş katibi Hamadun Ture Azərbaycanın nümayəndəsi Nuru Əhmədovu  Beynəlxalq Telekommunikasiya İttifaqının  işinə verdiyi  töhfələrə görə İttifaqın  qızıl medalı və sertifikatı ilə təltif edib.





Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan vətəndaşı  belə beynəlxalq mükafata layiq görülür. 
Əhmədov Nuru Ağamirzə oğlu 28 iyun 1942-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub.
 
1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Dövlət Plan Komitəsinin "AzETİETM" sənaye, rabitə və nəqliyyat şöbəsinin rəisi, Azərbaycan  SSR Rabitə Nazirliyinin MTİ-nin rəisi, Bakı Rabitə Kollecinin direktoru, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi və  "AzEuroTEL" Birgə Müəssisəsinin baş direktoru vəzifələrində işləyib. 


Evlidir, iki övladı var.
 
 



Baxış sayı: 2333

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024