12px13px15px17px
Tarix:18/04/14

Naxçıvan sakinləri qaz və enerji borclarını onlayn qaydada “Hesab.az” portalında da ödəyə bilərlər

Naxçıvan Muxtar Respublikasının əhalisi “GoldenPay” ödəmə sistemi vasitəsilə qaz və enerji borclarını onlayn ödəmək imkanı əldə ediblər.

“ICTnews” elektron xəbər xidmətinin “Hesab.az” internet ödəmə portalına istinadən verdiyi məlumata görə, muxtar respublikanın Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi Azərbaycanın ilk onlayn ödəmə sistemi olan “GoldenPay” ilə birlikdə abonentlərinə borclarını bank kartlarından istifadə etməklə, internet üzərindən onlayn rejimdə ödəmə xidmətini təqdim edib.
 

Belə ki, “Visa/Visa elektron” və “MasterCard/Maestro” ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, gün ərzində internetə qoşulmaq imkanı olan istənilən yerdən Naxçıvan MR “Elektron hökumət” portalı ilə yanaşı, “GoldenPay” şirkətinə məxsus “Hesab.az” - Azərbaycanda ilk internet xidmətlər portalına daxil olaraq, borclarını öyrənə və ödəyə bilərlər.
 

Ödəmə proseduru çox sadədir: “Bunun üçün “Hesab.az” portalında “Hesabların Ödənişi” bölməsini seçərək, “Naxçıvan” kateqoriyasına daxil olmaq kifayətdir. Abonentlər istədikləri xidməti seçərək, ödənişlərini rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. İstifadəçilər ödəmədən bir neçə saniyə sonra əməliyyatın uğurla başa çatdırıldığı haqda bildiriş alacaqlar. Bu bildirişi çap edə və ya elektron ünvanlarına göndərə bilərlər”.
 

Xatırladaq ki, bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının əhalisi “GoldenPay” ödəmə sistemi vasitəsilə internet və telefon haqlarını da onlayn ödəmək imkanını əldə ediblər.
 
 
CAHANGİR



 



Baxış sayı: 5089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024